Lev Tolstoy
Lev Nikolayeviç Tolstoy ( 1828-1910)- məşhur rus yazıçısı, mütəfəkkiri, maarifçisi, publisisti, dini mütəfəkkiri, roman yazan dünya yazıçılarından ən görkəmlisi
Aforizmlər, sitatlar, fikirlər
- Mənim fikrimcə, yaxşı aktyor ən axmaq şeyləri yaxşı oynaya bilər və bununla da onların zərərli təsirini gücləndirmiş olar.
- Sərxoş heç vaxt irəliyə nə ağlı, nə də əxlaqı ilə gedir.
- Aforizmlər, fəlsəfi fikirləri ifadə etməyin ən yaxşı formasıdır.
- Fəlakət, insan həyatı üçün məhək daşıdır.
- Heç nə etməyənin həmişə çoxlu köməkçiləri olur.
- Aydındır ki, əbədilik natamamdır və şübhəsiz ki, nəsildə həyata keçirilir.
- Yalnız bir insanın yox, bütün insanların xoşbəxtliyi üçün lazım olan şey həmişə vacib olub və olacaq.
- Harada sevgi varsa, orada Allah da var.
- Əgər vəhşi insan taxtadan olan allahına daha inanmırsa, bu o demək deyil ki, Allah yoxdur, sadəcə olaraq, Allah taxtadan deyil.
- Ruh şüşə, Allah bu şüşədən keçən işıqdır. Belə də deyirlər ki, Allah, idrak, idrak isə Allahdır.
- Biz ölümə məhkum edildiyimiz kimi, evlənməyə də məcburuq, yəni başqa cür mümkün
- Həqiqi nigah sevgini işıqlandıran nigahdır.
- Hər bir inamın mahiyyəti ondan ibarətdir ki, o, həyata elə bir məna verir ki, ölüm onu məhv edə bilmir.
- İnam, həyatın mənasını dərk etmək və bu dərk etmədən irəli gələn vəzifələri qəbul etməkdir..
- Mən möhkəm əminəm ki, dünyanı axmaqlar idarə edir.
- Hökumətin gücü xalqın avamlığına söykənir və hökumət bunu bilir və buna görə də o, əhalinin maariflənməsinə qarşı həmişə mübarizə aparacaq. Nəhayət, biz bunu dərk etməliyik.
- Özünə hakim olmaq ən yüksək hakimiyyət, ehtiraslarının əsiri olmaq isə ən qorxunc köləlikdir.
- Müharibənin nəticəsi həmişə ümumi fəlakət və əxlaqın ümumi pozulması olacaq.
- Müharibə qətl törətməkdir. Qətl törətmək üçün bir yerə toplaşan insanların miqdarından və özlərini necə adlandırmalarından asılı olmayaraq, qətl dünyada ən böyük günahdır.
- Biz bilirik ki, doldurulmuş silahla ehtiyatlı davranmaq lazımdır. Sözlə də eyni cür davranmanı isə bilmək istəmirik. Söz öldürə də bilər, ölümdən də pis fəlakət törədə bilər.
- Tərbiyəçi həyatı dərindən bilməlidir ki, uşaqları ona hazırlaya bilsin.
- Tərbiyə də, təhsil də ayrılmazdır. Bilik vermədən tərbiyə etmək olmaz. Hər cür bilik isə tərbiyəvi təsirə malikdir.
- Zaman, bir an belə sakitlikdə olmayan sonsuz bir hərəkətdir və başqa cür də ola bilməz.
- Qəzəb başqaları üçün xoşagəlməz və ağır, onu yaşayanlar üçün isə ikiqat ağırdır. Qəzəblə başlanan xəcalətlə sona çatar.
- Məgrur insan özünə buzdan elə bir sipər qurur ki, bu sipəri dəf etmək mümkün olmur.
- Ata, Oğul, Müqəddəs Ruh üçlüyünə inanlara onların olmadığını sübut etmək olmaz, amma bu təsdiqin biliksizlik yox, inam olduğunu onlara göstərmək olar və onlar Allahların üç olduğunu təsdiqləyirlərsə, o zaman mən də eyni hüquqla təsdiq edirəm ki, onların sayı 17 ½-dir.
- Qürur, insan ləyaqətinin düşüncəsi deyil.
- Uşaqları sərtliklə qorxuda bilməzsiniz. Onlar yalnız yalana dözmürlər.
- Yaxşılıq əbədidir, həyatımızn ali məqsədidir. Yaxşılığı necə başa düşməyimizdən asılı olmayaraq, həyatımız yaxşılığa can atmaqdan ibarətdir.
- Həyatda bizə ən çox ziyan vuran pis yox, yaxşı keyfiyyətlərimizdir.
- Ruh üçün xoşxasiyyətlilik, bədən üçün sağlamlıq kimidir. Ona malik olduqda o, gözə görünməsə də, hər işdə uğur gətirir.
- Yaxşı iş səylə olur, amma səy bir neçə dəfə təkrarlanırsa, eyni iş vərdiş halını alır.
- Yalnız yaxşı işlər görənlər yaşayır.
- Hər şey üçün zəruri ədviyyat nədir? Əlbəttə ki, yaxşılıq. Yaxşılıq olmadan ən yaxşı keyfiyyətlərin heç bir qiyməti yoxdur. Ən pis qüsurlar onunla çox asanlıqla vidalaşır.
- Öz borcunu yerinə yetirməyə çalışsan, öz dəyərini bilərsən.
- Qorxaq dost düşməndən də qorxuludur. Çünki, düşməndən ehtiyat edirsən, dosta isə güvənirsən.
- Əgər insan arzu etməsə, o zaman insan da olmazdı. Hər bir fəaliyyətin səbəbi arzudur.
- Kişiyə oxşamağa çalışan qadın arvadaoxşar kişi kimi eybəcərdir.
- İnsanların xoşbəxtliyi həyatda, həyat isə işdədir.
- Həyatın mənasının qısa ifadəsi bu cür ola bilər: dünya hərəkət edir və təkmilləşir. Əsas vəzifə bu hərəkətə tövhə vermək, ona tabe olmaq və onunla əməkdaşlıq etmək.
- Düzgün yaşamaq üçün özünü oda-közə vurmalı,çaşmalı, səhv etməli, başlamalı və tullamalısan və daima mübarizə aparmalı və məhrum olmalısan. Sakitlik, ruhi alçaqlıqdır.
- Yaxşı bir həyat yaşamaq üçün haradan gəldiyini, o biri dünyada nə olacağını bilməyə ehtiyac yoxdur.
- Həyatın dəyəri ölümə qədər olan məsafənin kvadratına tərs mütənasibdir.
- Həyat, cismani zəifləmə və güclənmə, mənəvi həyatın artması kimi aramsız dəyişiklikdən ibarətdir.
- Ölümün zəruriliyini bilərək yaşamağa davam etmək üçün iki vasitə var: birinci vasitə -daima arzu etmək və dünya sevinclərinə qoşulmağa cəhd etməklə ölüm haqqında fikirləri daima boğmaq, ikinci vasitə bu müvəqqəti dünyada ölümlə məhv edilə bilməyən qısa,yaxud uzun bir məna tapmaq.
- Keçmişi davam etdirən, müasir və gələcək həyatın rifahına kömək edən həyat həqiqidir.
- Həyata yalnız apatiya və tənbəllik səbəbindən nifrət etmək olar.
- Əgər həyat sənə böyük sevinc kimi görünmürsə, deməli sənin ağlın yalnış istiqamətdədir.
- İnsanla yalnız o zaman asan yaşamaq mümkündür ki, nə özünü ondan yüksək və yaxşı, nə də onu özündən yüksək və yaxşı hesab etməyəsən.
- Həyat, tükənməz sevincdən ibarət olmalıdır.
- Pisliyə son qoymağın yalnız bir yolu var- pis adamlara yaxşılıq etmək.
- Biz insanları onlara etdiyimiz yaxşılıqlara görə sevirik, etdiyimiz pisliyə görə isə sevmirik.
- Qəzəb də sevgi kimi kimyəvi maddə yox, maya kimi üzvi maddədir.Azacıq bir hissəsi hər şeyi mayalayar.
- Biliyin miqdarı yox, keyfiyyəti əsas şərtdir. Ən lazımlı şeyi bilmədən çox şeyi bilmək olar.
- Biliksizlikdən yox, yalançı bilikdən qorx. Dünyadakı bütün pisliklər ondan törəyir.
- Bilməmək nə ayıb, nə də ziyanlı deyil. Heç kim hər şeyi bilə bilməz. Amma bilmədiyini bilmiş kimi göstərmək həm ayıbdı, həm də ziyanlı.
- Bilik böyük insanı ram edir, adi insanı təəccübləndirir, kiçik insanı isə şişirdir.
- Əxlaqi əsası olmayan bilik heç nə deyil.
- Bilik məqsəd yox, silahdır.
- İdeal, yol göstərən ulduzdur. Onsuz möhkəm bir istiqamət yoxdur. İstiqamət yoxdursa, həyat da yoxdur.
- Tezliklə bəşəriyyət qarşısında əvvəlkindən daha yüksək ideal qoyulacaq və keçmiş ideallar günəş qarşısında sönən ulduzlar kimi sönəcək və insan günəşi görə bildiyi kimi, yüksək idealı da qəbul edəcək.
- İncəsənət üçün çox şey, ən başlıcası isə od lazımdır!
- İncəsənətdə hər şeydən bir az.
- İncəsənət, insan əzəmətinin təzahürüdür.
- İncəsənətin böyük predmetləri ona görə böyükdür ki, onlar əlçatan və hamıya anlaşılandır.
- Xoşbəxtlik və bədbəxtlik adlandırdığımız şeylərə bir sınaq kimi baxsaq, o zaman onların hər ikisi bizim üçün faydalıdır.
- Bütün həqiqətlər paradoksdur.İdrakın birbaşa nəticələri səhv, təcrübənin mənasız nəticələri isə düzgündür.
- Həqiqətin dərk edilməsində başlıca maneə yalan yox, həqiqətin oxşarlığıdır.
- İnsan həyatında sözlərlə ifadə edilmiş həqiqət əzəmətli gücdür.
- Ən böyük həqiqətlər ən sadə olanlardır.
- Hər cür böhtan ona edilən etirazdan daha çox əhəmiyyət qazanır.
- Hər bir işdə az olan yaxşı , çox olan pisdən daha yaxşıdır. Kitablarda da belədir.
- Maddi zəhərlə əqli zəhər arasındakı fərq ondan ibarətdir ki, maddi zəhərlərin əksəriyyətinin dadı iyrəncdir, axmaq kitablar qismindəki əqli zəhərlər isə cazibədardır.
- Kəlamlar haqqında kitablar yalnız ağılın sərbəst fəaliyyətini boğmur, əksinə, ona səbəb olur.
- Sevgiyə səbəb gözəllik deyil, əksinə, sevgi bizi gözəlliyi görməyə məcbur edir.
- Xeyirdən asılı olmayan gözəllik, sevinc, bir sevinc kimi iyrəncdir.
- Bədən gözəlliyi, həyat enerjisinin fəaliyyəti, sağlam güc haqqında anlayışa həmişə uyğun gəlir.
- Tənqid, ittiham etdiyi şeylərdə pis olan cəhətləri göstərəndə effektli olar.
- Sevgi ölümü məhv edir və onu mənasız bir kabusa çevirir, mənasız həyatı mənalı edir, bədbəxtlikdən xoşbəxtlik yaradır.
- Sevmək, sevdiyin adamın həyatı ilə yaşamaq deməkdir.
- Sevgi əvəzsiz bir hədiyyədir. O yeganə şeydir ki,onu hədiyyə etsəniz də, özünüzdə qala bilir.
- Sevgi? Sevgi nədir? Sevgi ölümə mane olur. Sevgi həyatdır.Dərk etdiyim hər şeyi ona görə dərk edirəm ki, sevirəm. Hər şey ona görə mövcuddur ki, mən sevirəm.Hər şey onunla bağlıdır. Sevgi Allahdır. Ölmək, sevginin bir parçası olanın ümumi və əbədi mənbəyə dönüşü deməkdir.
- Əsas məsələ ər-arvad sevgisinə görə insanın insana sevgisini və hörmətini unutmamaq və itirməməkdir.
- Əsil sevgi özündə o qədər müqəddəslik,günahsızlıq, güc,bacarıqlıq və sərbəstlik hiss edir ki, onun üçün nə cinayət, nə maneə, nə də həyatın prozaik tərəfi mövcud deyildir.
- Sevgi haqqında hər hansı bir mülahizə sevgini məhv
- Əgər sevgi, sevginin qoyun dərisinə bürünmüş eqoizm canavarı yox, sevgi olsa, o,ziyanlı ola bilməz.
- Bütün insanlar qismən öz, qismən də başqalarının fikirləri ilə hərəkət edirlər. İnsanların bir-birindən fərqlənməsinin əsasını onların özlərinin və başqalarının fikirləri ilə nə dərəcədə yaşamaları təşkil edir.
- İnsanlar öz vicdanlarının saflığı ilə tez-tez fəxr edirlər. Çünki, onların yaddaşı qısa və zəif olur.
- Əgər insanlar sənə mane olurlarsa, o zaman sənin yaşamağının mənası yoxdur. İnsanlardan qaçmaq özünə sui-qəsd etməkdir.
- Həqiqi ictimai tərəqqi insanların böyük və ən böyük birləşməsindən baş verir.
- Doğrudanmı bu gözəl dünyada, saysız-hesabsız ulduzlu səma altında yaşamaq insanlara dar gəlir? Doğrudanmı bu gözəl təbiətin qoynunda yaşayan insan ruhunda qəzəb,qisas hissi və özü kimilərini məhv etmək ehtirası qala bilər?
- Hər cür fürsətdən istifadə edib insanlara sevinc bəxş etmək lazımdır. İnsanlar isə boş şeylərə yox, vacib şeylərə sevinməyə çalışmalıdırlar.
- Dünyadakı bütün insanlar dünyanın təbii nemətlərindən istifadə etmək və hörmət edilmək kimi eyni hüquqa malikdirlər.
- İnsanlar bilsəydilər ki, bəşəriyyətin məqsədi maddi tərəqqi deyil. Tərəqqi labüd artımdır, məqsəd isə birdir- bütün insanların rifahı.
- Müharibəni labüd,faydalı və arzu olunan hesab edən insanlar qorxulu, əxlaqi pozğunluqları ilə dəhşətli insanlardır.
- İnsanlar bir-birindən onunla fərqlənirlər ki, bəziləri əvvəlcə düşünür, sonra danışır və edirlər. Digərləri əvvəlcə danışır və edir, sonra isə düşünürlər.
- Müharibənin pis, sülhün yaxşı olması insanlara o dərəcədə məlumdur ki, onlar salamlaşanda bir-birinə sülh, əmin-amanlıq arzulayırlar.
- Arzuda həqiqətdən yaxşı , həqiqətdə isə arzudan yaxşı tərəf var. Tam xoşbəxtlik hər ikisinin birləşməsindən ola bilərdi.
- Tez-tez cavanların dilindən eşidirik ki, onlar başqalarının ağlı, fikirləri ilə yox, öz bildikləri kimi yaşamaq istəyirlər. Ölçülüb-biçilənləri yenidən ölçüb-biçmək nəyə lazım? Hazıra nazil ol və yoluna davam et. Bəşəriyyətin gücü məhz bundadır.
- İnsanlar necə danışmağı öyrənirlər, əsas elm isə necə və nə vaxt susmaqdır.
- Əgər demədiyin şey barəsində bir dəfə təəssüflənəcəksənsə, susmamağın barədə yüz dəfə təəssüflənəcəksən.
- Mənə elə gəlir ki, bütün adi işlərdə müdriklik nəyi etməyi bilməkdən yox, nəyi əvvəlcə və sonra etməyi bilməkdən ibarətdir.
- Müdriklik çox bilməklə olmur. Biz hər şeyi bilmək gücündə deyilik. Müdriklik daha çox şeylər bilməklə yox, hansı biliyin daha lazımlı, hansının az , hansının isə daha az lazımlı olduğunu bilməkdədir.
- Dünyanın ən müdrik insanları ilə gündəlik ünsiyyətdən qiymətli nə ola bilər?
- Bəlağətli danışmaq, parıldayan mirvari kimidir. Həqiqi müdriklik müxtəsərdir.
- Elə dəqiqələr olur ki, kişi qadına onun haqqında bildiklərindən də çox sözlər deyir. Kişi dedi və unutdu, qadın isə xatırlayır.
- Əksər kişilər arvadlarından özlərinin layiq olmadığı ləyaqət tələb edirlər.
- Musiqi, hisslərin stenoqrafiyasıdır.
- Sözün qeyri-müəyyənliyi fikrin qeyri- müəyyənliyinin əlamətidir.
- Böyük nəticələri olan fikirlər həmişə sadə olur.
- Buğda torpaqda cücərənə qədər görünmür, sonra üzə çıxır və nəhayət sünbül olur.Fikir də bu cürdür. Əvvəl nəzərə çarpmayan fikirdən insan həyatında böyük hadisələr yaranır.
- Qısa fikirlər ona görə yaxşıdır ki, ciddi oxucunun özünü fikirləşməyə məcbur edir.
- Ümidsizlik və pis-əhval ruhiyyə ətrafdakılara nəinki əzabverici, eləcə də sirayətedici təsir göstərir.
- Mən həyatda yalnız iki həqiqi bədbəxtlik tanıyıram: vicdan əzabı və xəstəlik.
- Dəlilər həmişə öz məqsədlərinə sağlam adamlardan daha yaxşı çatırlar. Çünki, dəlilər üçün heç bir əxlaqi maneə, ayıb, haqsızlıq, nə də qorxu yoxdur.
- Səy göstərmək əxlaqi mükəmməlləşmənin zəruri şərtidir.
- Sağlam əxlaqa malik olmaq istəyirsənsə, özünü fiziki cəhətdən təkmilləşdir.
- Təhsilə tələbat hər bir insanda vardır. Nəfəs almaq üçün havanı sevən və axtaran xalq təhsili də sevir və axtarır.
- Bədbinlik, pis maneranın axmaqlığıdır. Mən həmişə bədbinə demək istəyirəm: əgər dünya sənin ürəyincə deyilsə, o zaman öz narazılığınla lovğalanma, dünyadan əl çək və başqalarına mane olma.
- Bədbinlik həmişə mənə sofizm, eyni zamanda axmaqlıq və əlavə olaraq pis maneranın axmaqlığı kimi görünürdü... Mən həmişə bədbinə demək istəyirəm: “Əgər dünya sənin ürəyincə deyilsə, o zaman öz narazılığınla lovğalanma, dünyadan əl çək və başqalarına mane olma”.
- Nə özünüzün, nə də başqalarının sözlərinə inanmayın, yalnız özünüzün və başqalarının , işlərinə inanın.
- İnsanlara həqiqəti söyləməyi öyrənmək üçün həqiqəti özünə söyləməyi öyrənməlisən.
- Əxlaqi mükəmməllik insanın düzgünlük göstəricisidir.
- İnsanlar gücün gücdə yox, həqiqətdə olduğuna inana bilsəydilər, onu cəsarətlə deyə bilərdilər.
- Sənə xəyanət ediblərsə, deməli qollarını qırıblar.Xəyanətkarı bağışlamaq olar, qucaqlamaq isə heç vaxt.
- Bəşəriyyəti ləkələyən on cinayətdən doqquzu şərabın təsiri altında baş verir.
- Təbiəti seyr edərkən riqqətə gəldiyimiz və heyran olduğumuz anlar heyvan, ağac, çiçək, torpaq olduğumuz vaxtların xatirəsidir. Daha dəqiqi, bu, zamanla bizdən gizlədilən, hər şeylə vəhdət olduğumuz şüurumuzdur.
- Heç bir eqoist həyəcan, gözəl və sakit təbiətin sakitləşdirici, cazibədar təsirinə mane ola bilməz.
- Tərəqqi, mübarizənin vəhşi qanunları üzərində ağılın daha çox üstünlük təşkil etməsindən ibarətdir.
- Həyatın əxlaqi mənasını pozan ixtiralar və maddi təkmilləşmələr tərəqqinin adi gedişi deyilmi? Bu nizamsızlığın çox ağır olan vaxtlarında, əxlaqi məsələlər qaldırılır.
- Yalnız lazım olan iş sevinc gətirə bilər.
- Boş-boş söhbətlər qədər avaralığı həvəsləndirən heç nə yoxdur.
- Sizin haqqınızda yaxşı, başqaları barəsində isə pis danışana heç vaxt qulaq asmayın.
- Ağıllı və əxlaqi şeylər həmişə bir-birinə uyğun gəlir.
- Hər bir varlığın dünyadakı yerini ona göstərən bir üzvü var. İnsanda bu üzv ağıldır.
- Əgər ağıl sənə dünyadakı yerini və təyinatını göstərmirsə, buna səbəb dünyanın axmaq quruluşu, sənin ağlın yox, sənin ona verdiyin istiqamətin yanlış olmasıdır.
- Naharın məqsədi qidalanma, evliliyin məqsədi isə ailədir.
- Nigahın məqsədinə ailə qurmaq nöqteyi-nəzərindən yanaşsaq, çoxlu arvad və ya çoxlu ər istəyənlər ola bilsin ki, çoxlu həzz alacaqlar, amma heç vaxt ailə qura bilməyəcəklər.
- Bütün xoşbəxt ailələr bir-birinə oxşayır, hər bir bədbəxt ailə isə özünəməxsus tərzdə bədbəxdir.
- Çox tez-tez hallarda təvazökarlıq zəiflik və qərarsızlıq kimi qəbul edilir.Amma təcrübə insanların səhv etdiyini sübut edəndə, təvazökarlıq xarakterə yeni gözəllik, güc və hörmət verir.
- Zaman keçir, amma deyilən söz qalır.
- Mən öldüm- mən oyandım. Bəli, ölüm-oyanışdır!
- Ən böyük fəlakətlərə aparan ən adi və ən əsas sözlərdən biri “Hamı belə edir” ifadəsidir.
- Qida xatirinə heyvanları öldürməklə, insan özünə bənzər digər canlı varlıqlara rəhm etmək, yazığı gəlmək kimi ali mənəvi hisslərini özündə boğur və öz ürəyini sərtləşdirir.
- İnsanın əsl gücü coşqunluqda yox, sarsılmaz sakitliyindədir.
- Qocalıq, həyatda ən gözlənilməz haldır.
- Dünya iztirab çəkənlərin sayəsində irəliləyir.
- Ölüm qorxsusu yaxşı həyatla tərs mütənasibdir.
- İnsanlar qarşısında utanmaq yaxşı hissdir. Amma ən yaxşı hiss özü-özündən utanmaqdır.
- Hər hansı, hətta ən çirkli işdən yox, avara həyatdan utanmaq lazımdır.
- Taledə təsadüflər olmur.İnsan, taleyi ilə barışmır, onu yaradır.
- Ən pis adama onu sevdiklərini deyəndə o fərəhlənir. Deməli, xoşbəxtlik elə budur...
- Faydalı olmaq və sakit vicdan sahibi olmaq kimi insanı həqiqi xoşbəxt edə biləcək iki istək var.
- Xoşbəxtliyin birinci və hamının qəbul etdiyi şərti təbiətlə insanın vəhdəti, yəni açıq səma, günəş şüaları altında, təmiz havada insanın torpaqla, çiçəklərlə, heyvanlarla ünsiyyətidir.
- Ən qəribə və yalnış fikirlərdən biri insan xoşbəxtliyinin insanın heç nə etməməsi ilə bağlı olması kimi yalnış fikirdir.
- Öz evində xoşbəx olan insan xoşbəxtdir.
- Xoşbəxtlik, peşmançılıq çəkmədən həzz almaqdır.
- Xoşbəxt olmaq üçün həmişə bu xoşbəxtliyə can atmaq və onu başa düşmək lazımdır. O, şəraitdən yox, sənin özündən asılıdır.
- Xoşbəxtlik həmişə yaxşı əhval-ruhiyyəsi olan evə çox həvəslə daxil olur.
- Xoşbəxtlik, istədiyin şeyi həmişə etməkdə yox, etdiyin şeyi həmişə istəməkdədir.
- Fiziki iş nəinki zehni fəaliyyətin imkanlarını genişləndirir, onun üstünlüyünü yaxşılaşdırır, eləcə də onu mükafatlandırır.
- Əmək, əmək. Mən əməklə məşğul olanda özümü xoşbəxt hiss edirəm.
- Əməyin yaradıcılığa çevrildiyi yerdə hətta fizioloji ölüm qorxusu da yoxa çıxır.
- Şöhrətpərəstlik, şöhrət haqqında qayğı, soyunulan ən axırıncı paltardır. Onu soyunmaq çətindir, o, çox əziyyət verir.Çünki, ruhi sərbəstlik buna mane olur.
- Təbəssüm sifətin halını əks etdirir. Əgər o, sifətə gözəllik əlavə edirsə, sifət gözəldir, əgər sifəti dəyişmirsə, sifət adi sifətdir. Əgər o, sifəti korlayırsa, sifət pis sifətdir.
- Kilsə. Bu söz, bir qisim insanların digər qisim insanlar üzərində hökmranlıq etmələri üçün istifadə etdikləri yalanın adıdır.
- Sivilizasiya inkişaf edə- edə sonda dalana dirənib. Hamı elmin, sivlilizasiyanın bizi bir tərəfə çıxaracağına söz verirdi. Amma indi məlum olur ki, onlar bizi heç bir yana çıxara bilməyəcək və yeni bir şeydən başlamaq lazımdır.
- Əgər insanı fikirləşməyi öyrənibsə, nə düşünməyindən asılı olmayraq həmişə öz ölümü barədə düşünür.
- Xilas yolu və xoşbəxtlik tapmaq səyindən başqa bir şeyə ümid etmək qədər insanın gücünü zəiflədəcək başqa heç nə ola bilməz.
- Başqa adamlardan xidmətlər qəbul etməyi yox, əksinə başqalarına qulluq etməyi və həyatını insanlara həsr etməyi dərindən başa düşən insan xoşbəxtdir. Bu cür hərəkət edən insan öz mülkünə layiq olacaq və heç vaxt uğursuzluğa düçar olmayacaq.
- İnsan xoşbəxt olmağa məcburdur. Əgər o bədbəxtdirsə, buna onun özü günahkardır.Bu narahatlıq və anlaşılmazlıq aradan qaldırılana qədər insan öz üzərində çox çalışmalıdır.
- Aydın düşüncəli insanın səhvləri və diqqətsizliyi qeyri-müəyyənlikdə qalmağı üstün tutan insanların yarım həqiqətlərindən faydalıdır.
- Əgər uğrunda ölmək üçün insanda bir şey yoxdursa, bu pisdir.
- Hər bir insanda və onun əməllərində həmişə özünüzü görə bilərsiniz.
- Başqalarına çox verib özünə az tələb edən insan, başqalarına az verib özünə çox tələb edən insandan daha yaxşıdır.
- İnsan özündən nə qədər çox razı olarsa, deməli onda razı qalmalı şey bir o qədər azdır.
- İnsan nə qədər yaxşı olarsa, ölümdən də bir o qədər az qorxar.
- İçkini və siqareti tullayan adam həyatın bütün hadisələrini yeni və düzgün tərəfdən işıqlandıran baxışlarının əqli aydınlığını və sakitliyini əldə edir.
- İnsan riyazi kəsrə bənzəyir. Kəsrin surəti onun özü, məxrəci isə özü haqqında düşündükləridir. Məxrəc nə qədər çox olarsa, kəsr də bir o qədər az olar.
- Öz həyatını dərk edən insan, qəflətən özünün çar olduğunu bilən qula bənzəyir.
- Hər bir insan onu insanlardan ayıran şeyi yox, birləşdirən şeyləri etməyi bilir.
- İnsanda xoşbəxtlik tələbatı qoyulmuşdur. Deməli, o qanunidir.
- Əgər nə qədər baş və bir o qədər də ağıl varsa, o halda nə qədər ürək varsa, bir o qədə də sevgi növü vardır.
- Əgər bir şey edirsənsə, onu yaxşı et. Əgər yaxşı etməyi bacarmırsansa, yaxud yaxşı etməyi istəmirsənsə, o halda heç nə etmə.
- Kiçik məqsədləri yüksək məqsədlərə qurban verərək bütün həyat,məlum vaxt, il,ay, həftə, gün,saat, dəqiqə üçün məqsədə malik ol.
- Hər kəs bəşəriyyəti dəyişmək istəyir, amma heç kim özünü necə dəyişmək barədə düşünmür.
- Əgər bədənimiz öldürülmüş heyvanların dəfn edildiyi canlı qəbirdirsə, dünyada sülhün bərqərar olacağına, yaxud çiçəklənəcəyinə necə ümid etmək olar?
- Düşünməyi öyrənən insana inanmaq çətindir.
- Eyni bir şeyə faciə ilə baxıb əzab çəkmək, eyni zamanda adi, hətta şən baxmaq olar.
- Özündən narazı qalmaq ağıllı həyatın zəruri şərtidir. Ancaq bu narazılıq öz üzərində işləməyə təhrik edir.
- İncəsənəti zülmkar da, cani də sevməlidir... Şekspirə, Bethovenə heyran olan insanlar Şekspirin, Bethovenin oyatdığı fikirlərinə, istəklərinə eyni ilə sevənlərin predmeti yox, ona səbəb olan şeyləri sevdikləri kimi heyran olurlar. Bu cür heyranlıqda incəsənətin həqiqi reallığı olmasa da, tam bir sonsuzluğu var.
- Elə bir yaramaz yoxdur ki, müəyyən münasibətdə özündən də pis yaramazları axtarıb tapmasın və fəxr etmək, özündən razı qalmaq üçün dəlil tapmasın.
- Hər bir şeydən özünü saxlamağa cəhd göstərmək lazımdır. Bu cəhdlərdən ən çətini isə dili saxlamaqdır. O ən lazımlıdır.
- Düzgün yol bu cürdür: sələflərinin etdiklərini öyrən və yoluna davam et.
- İstedadı özünü istedadına həsr etmək üçün alimin, yaxud rəssamın öz sakitliyinə, xoşbəxtliyinə verdiyi qurbanla müəyyən etmək və sübut etmək
- Nə etməli? Həyatın bütün təkmilləşməsini, bəşəriyyətin əldə etdiyi o əzəməti bir kənara tullamaq? Onun öyrəndiyi bütün şeyləri unutmaq?Mümkün deyil.Bu cür zehni nailiyyətlər zərərli tərəfdən istifadə edilməsindən asılı olmayaraq, onlar necə də olsa əqli nailiyyətlərdir və insanlar onları unuda bilməzlər.
- İnsanları məhv etmək üçün düşünülmüş toplardan, nüvələrdən, bombalardan,tüstüsüz barıtlı raketlərdən, torpedalardan və başqa ölüm vasitələrindən dəhşətli nə ola bilər?
- Mən həmişə mübahisədə hirslənməməyə və güzəştə getməyə çalışmışam və sakitliyə nail olmuşam və nəticədə mübahisə yoluna qoyulub. Mübahisənin lap əvvəldən dayandırılmamasına həmişə peşman olursan.
Tərcümə etdi: Şakir QURBANOV