Maraqlıdır ki, baş verən özbaşınalıq AMEA Azad Həmkarlar İttifaqının sədr müavini Şəhla Tofiq qızı Əmirovanın və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyevin səlahiyyətlisi Əli Məmmədovun gözü qarşısında baş verib...

"Təzadlar"a daxil olan məlumatlardan bəlli olurdu ki, iclas növbəti qalmaqallı hadisə kimi qiymətləndirilib. Məlum olur ki, 31 may 2024-cü il tarixdə, yəni bu gün AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda Həmkarlar Təşkilatının növbəti iclası keçirilmişdir. Gündəlikdə duran əsas məsələ isə Həmkarlar Təşkilatının sədrinin seçilməsi olub.

 Qeyd edək ki, bundan öncəki sədrin artıq səlahiyyət müddəti bitmişdir. İclas AMEA Azad Həmkarlar İttifaqının sədr müavini Şəhla Tofiq qızı ƏmirovaAzərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndəsi Əli Məmmədovun birbaşa iştirakı ilə baş tutub. İclası izləyən mənbənin bildirdiyinə görə, gərgin notlarla başlamasına baxmayaraq, sonradan sabitliyə bir qədər hakim olunmuşdur. Ta ki, Həmkarlar Təşkilatına yeni sədrlik üçün namizədlərin adlarının elan olunmasınadək. Belə ki, əməkdaşlar institutda kifayət qədər rəğbət və hörmət qazanmış, uzun illərdir AMEA Tarix İnstitutunda çalışmış, sayılıb-seçilən alimlərimizdən biri olan Kamran Novruz oğlu İsmayılovun namizədliyini irəli sürsə də, Tarix və Etnologiya İnstitutunun direktor müavini İlqar Vahid oğlu Niftəliyev açıq şəkildə tribunaya çıxaraq xüsusi vurğu ilə, eyni zamanda əməkdaşların seçiminə hörmətsiz münasibət sərgiləyərək “Rəhbərliyin xüsusi tapşırığı ilə biz öz namizədimizi,ni Mais İsrail oğlu Əmrahovun namizədliyini münasib görürük! Rəhbərliyin seçimini nəzərə alaraq, Mais Əmrahovas verin. Direktor Kərim Şükürov belə istəyir. Buradakı seçki birbaşa olaraq direktor Kərim Şükürovun nəzarəti altındadır. Birmənalı olaraq heç bir seçim olmamalıdır, ancaq Mais Əmrahov seçilməlidir”.

495382c5-f6d7-42c4-9814-7f91b4300a5b

Bu özbaşınalığa dözməyən iclas iştirakçılarının böyük əksəriyyəti birmənalı şəkildə bu iddiaya etiraz ediblər və irəli sürdükləri layiqli namizədi, ni K.İsmayılovu dəstəklədiklərini bildiriblər, böyük səs çoxluğu ilə onu da seçiblər. Lakin vəziyyətin ürəyi istədiyi kimi, daha doğrusu, Kərim Şükürovun arzuladığı məqsədə uyğun şəkildə cərəyan etmədiyini görən direktor müavini İlqar Niftəliyev sərt şəkildə əməkdaşların sözünü kəsərək onları təhdid etməkdən belə çəkinməyib. Sitat: Biz artıq öz qərarımızı vermişik.

Ən maraqlısı, bütün baş verənlər Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəsmi nümayəndəsinin gözü önündə cərəyan edib. Ən pisi, o, bunları səssiz şəkildə müşahidə edib, sanki belə də olmalı imiş. Doğrudanmı düşünməyib və nəzərə almayıb ki, konfederasiyanın sədri, millət vəkili Səttar Mehbalıyev bunları ona bağışlamayacaq!

XXX 

 Nəhayət, Hacı Həsənov bu qanunsuz müdaxilələrə qarşı çıxaraq xahiş edib ki, məsələ seçki yolu ilə və səsvermə ilə keçirilsin. Təsəvvür edirsinizmi, bütün bunlara belə dözə bilməyən İlqar Niftəliyev institutun tanınmış ağsaqqal aliminə qarşı kobudluq edərək hər kəsə göstərməyə çalışıb ki, qərar onların seçiminə və arzusuna uyğun olmalıdır, vəssalam!

 Bu hələ harasıdır, bütün bunları seyr edən K.İsmayılovun böyük səs çoxluğu ilə həmkarlar təşkilatına seçilməsinə baxmayaraq, kollektivə təşəkkür edib, lakin rəhbərliyin təzyiqləri ilə qarşılaşacağını, bu təzyiqlərə dözə bilməyəcəyini duyaraq kollektivdən üzr istəyərək öz namizədliyini geri götürməli olub.

 Növbəti seçki turu başlayıb: məlum qarışıq vəziyyət nəzərə alınaraq seçkinin günü naməlum bir tarixə keçirilmişdir. Bu isə rəhbərliyin işinə birbaşa yarayandır. Belə ki, bu müddət ərzində rəhbərlik kollektivdəki narazılarla "profilaktik" iş apararaq birbaşa öz məqsədlərinə çata bilər. Məlumatlı mənbənin bilgilərinə görə, "...bunun üçün isə ən optimal vasitələrdən belə istifadə etmək adi məsələdir. Qoçuluq, imzasız məktubların institutda yayılması, hədə-qorxu, təhdid, qapılara təhqiramiz mətnlərin yapışıdırılması, əməkdaşların qarşısını kəsərək hədələmək və s. Bunlar keçmişdə də sınaqdan çıxarılıb..."

 Bəs institutun direktoru, professor Kərim Şükürovun təklif etdiyi namizəd Mais İsrail oğlu Əmrahov kimdir? İnstitutun 80 yaşını haqlamış, akademiyada son 5 ildir çalışan, kollektivə bələd olmayan, rəhbərliyin sözünü istisnasız yerinə yetirən bir şəxs kimi kollektivdə xarakterizə olunan bir əməkdaşdır. Öyrəndik ki, Mais Əmrahov özü də iclasın gedişində etiraf edib ki, direktorla danışığı əsnasında ona bildirib ki, yaşı bu vəzifəni icra etməyə imkan verməyəcək. Əvəzində isə Direktor Kərim Şükürov “Siz narahat olmayın. Sadəcə adınız sədr kimi gedəcək, bütün işləri sizin yerinizə müavininiz olacaq Mahir İbrahimova həvalə edəcəm.

 Sual olunur ki, bəs nəyə görə birbaşa Mahir İbrahimovun namizədliyi təqdim olunmayıb? O da məlum olur ki, institutda qalmaqalları ilə ad çıxarmış, məhkəməyə verilmiş... Şəhla Məmmədli adlı əməkdaş tərəfindən Mahir Nadir oğlu İbrahimovun namizədliyi təklif olunmuşdur. Lakin çox maraqlıdır ki, Şəhla Məmmədlinin və Mahir İbrahimovun özündən başqa bir nəfər belə bu namizədə səs verməyib. Görəsən niyə? Mahir Nadir oğlu İbrahimov hansı qüsurlara malikdir ki, ona kimsə səs verməyib?  

Bu hələ harasıdır, o da məlum olur ki, bu günkü iclasda elmi mühitə yaraşmayan başqa bir hadisə də baş verib. Belə ki, Kərim Şükürovun həmişə müdafiə etdiyi Şəhla Rafiq qızı Məmmədli hər vəchlə ortalığa düşərək özünü Həmkarlar Təşkilatının üzvlüyünə bərpa etməyə cəhd göstərib. Lakin Hacı Həsənovun etiraz edib, bu məsələnin növbəti dəfə səsverməyə qoyulacağını desə də, Tarix və Etnologiya İnstitutunun kollektivi yenidən və birmənalı şəkildə buna etirazını bildirib, yekdilliklə Şəhla Rafiq qızı Məmmədlinin institutun elmi və mənəvi mühitini mütəmadi olaraq pozduğuna, institut əməkdaşlarını təhqir, təhdid etdiyinə görə yenidən həmkarlar təşkilatına üzvlüyə qəbul olunmasını qətiyyətlə rədd edib. Və Ş.Məmmədli bir daha Tarix və Etnologiya İnstitutunun Həmkarlar Təşkilatının üzvlüyündən qovulub.

XXX

Beləliklə, görünən odur ki, AMEA rəhbərliyi, eyni zamanda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının birbaşa müdaxisi olmasa institutda yeni bir intriqa meydanı bərqərar olacaq. Kollektivdə rəhbərliyə, yəni Kərim Şükürova qarşı böyük narazılıqlar isə ayaq tutub iri addımlarla irəliləyir. Rəhbərlik isə müvafiq vəzifələrə öz adamlarını təyin etməklə bu narazılıq və narahatlığı basdırmağa çalışır. Hadisələrin gedişatını izləyirik.

SONDA: belə başa düşməyə və bu qənaətə gəlməyə məcburuq ki, nə AMEA- da, nə də Prezident Administrasiyasında AMEA- nın  A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutundan xəbərsizlik var. Niyə? Məgər bu institutun vəzifəsi tariximizi gələcəyə yazmaq deyilmi? Elə isə, bu qədər qalmaqallar və sual dolu məsələlər hardan qaynaqlanır və niyə qarşısı alınmaz kimidir???

"Təzadlar"ın Araşdırma Qrupu

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN