Qırğızıstan Respublikasının deputatı tələblərin büdcəsinə kömək etmək istəyir.

Belə ki, Joqorku Keneşin iclasında deputat Eldar Abakirov Bişkek meriyasından tələbələr üçün ictimai nəqliyyat vasitələrində gediş kartları hazırlamağı xahiş edib.

 Onun sözlərinə görə, universitet tələbələri üçün 20 som yol pulu vermək çətindir.

 “Bundan başqa, Oş, Batken, Cəlal-Abaddan da çoxlu tələbə var. Dedilər ki, evə gedən yol 10-15 saat çəkir, təyyarə ilə getmək isə bahadır. Onlar uçuş qiymətlərində endirim istəyirlər”, - deyə deputat bildirib (24kg).

 Qeyd edək ki, 20 som Azərbaycan manatı ilə təqribən 40 qəpik edir.

Xatırladaq ki, “Asia-Plus” nəşri 2023-2024-cü tədris ilində Mərkəzi Asiya ölkələrindən olan tələbələrə verilən təqaüdləri araşdırıb.

Məsələn, Qırğızıstanda təqaüdlərin ödənilməsi ilə bağlı tamamilə fərqli sistem var. Bu ölkənin Təhsil və Elm Nazirliyinin qərarına əsasən əlaçı tələbələrə 1600 som (təqribən 18  $) məbləğində təqaüd ayrılır.

 Lakin abituriyentləri müəllimlik ixtisasları üzrə təhsil almağa həvəsləndirmək üçün ayrıca təqaüd ayrılıb. O cümlədən 1-ci kurs tələbələri üçün 1000 som (təqribən 11 $), 2-ci kurs tələbələri üçün 2000 som (22 $), 3-cü kurs tələbələri üçün 3000 som (33 $) , 4-cü kurs tələbələri isə 4000 som (44 $) məbləğində təqaüd ayrılıb.

 Qırğızıstanda da prezident təqaüdü var. Ən fəal əlaçı tələbələrə verilən təqaüd ildə bir dəfə verilir və 50 min som (təqribən 566 dollar) məbləğindədir.

 Azərbaycanda  isə təqaüdlərin məbləğləri 2023-cü il yanvarın 1-dən aşağıdakı kimi müəyyən edilib:

 

1.1. Doktorantura pilləsi üzrə:

1.1.1. elmlər doktoru hazırlığı üzrə doktorantlara – 400 manat;

1.1.2. fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara – 240 manat.

 

1.2. Ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında:

 

1.2.1. magistratura səviyyəsi üzrə:

  1. akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 195 manat;
  2. akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 160 manat;
  3. akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 110 manat;

 

1.2.2. bakalavriat səviyyəsi üzrə:

  1. akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 175 manat;
  2. akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 145 manat;
  3. akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 100 manat.

 

1.3. Orta ixtisas təhsili müəssisələrində:

1.3.1. akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 100 manat;

1.3.2. akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 80 manat;

1.3.3. akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 66 manat.

 

1.4. Peşə təhsili müəssisələrində:

1.4.1. akademik göstəriciləri “5” (yüksək texniki peşə təhsili səviyyəsində 91–100 bal) olan tələbələrə – 100 manat;

1.4.2. akademik göstəriciləri “4” və “5” (yüksək texniki peşə təhsili səviyyəsində 71–100 bal) olan tələbələrə – 80 manat;

1.4.3. akademik göstəriciləri “3”–“5” (yüksək texniki peşə təhsili səviyyəsində 51–100 bal) olan tələbələrə – 66 manat.

 Ölkə başçısının müvafiq Fərmanı ilə isə ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləği artırılaraq 275 manat müəyyən edilib. 

 

Yasəmən Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN