Çinin Sıçuan əyalətində rixter cədvəli üzrə 6 bal gücündə zəlzələ baş verib.

Son dəqiqələrdə əldə etdiyimiz məlumata görə, yeraltı təkanların episentri Luşien bölgəsində yerin 10 kilometr dərinliyində yerləşib.

Zəlzələ zamanı 3 nəfər həyatını itirib. Daha 3 nəfər yaralanıb. Çox sayda tikili dağılıb. Lakin fəsadların artacağı istisna edilmir.

Çin hökuməti bölgədə "2-ci səviyyəli təcili müdaxilə mərkəzi"ni fəaliyyətə keçirib.

Bəzi ərazilərdə isə "1-ci səviyyəli təcili müdaxilə mərkəzi" hərəkətə keçib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN