Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Sudanda baş verən çevriliş cəhdindən sonra bəyanat verib. 

Quterreş BMT Təhlükəsizlik Şurasını "dövlət çevrilişlərinin artması" qarşısında çəkindirici tədbirlər görməyə çağırıb.

"Görürük ki, çevirilişlər gedərək artmaqdadır. Çevrilişlər qarşısında çəkindirici tədbirlər yoxdur".

Myanma və bəzi Afrika ölkələrində baş verən çevrilişlərə diqqət çəkən Quterreş çevrilişlərə qarşı heç bir təsirli çəkindirici tədbirin olmadığını ifadə edib. Sudanda "ordunun hakimiyyətin ələ keçirilməsini" qınayan Quterreş Baş nazir Abdullah Hamduk və mülki idarəçilərin dərhal azadlığa buraxılmasını istəyib. Koronavirus epidemiyası ilə iqtisadi və sosial problemlər qarşısında bəzi ölkələrdəki hərbi liderlərin “toxunulmazlıqları olduğunu və hər istədiklərini edə biləcəklərini düşündüklərini” qeyd edən Quterreş, BMT Təhlükəsizlik Şurasını bu sahədə çəkindirici tədbirlər görməyə çağırıb.

Xatırladaq ki, oktyabrın 25-də Sudanda Hamdukun silahlı qüvvələrin baş komandanı Əbdülfəttah əl Burhanla görüşündən sonra bir ay ərzində ikinci hərbi çevrilişə cəhd baş verib. Hərbçilər baş nazirin evinə gələrək onu çevrilişə dəstək verməyə məcbur etməyə çalışıblar. Hamduk isə həmvətənlərini dinc nümayişlərə çıxmağa çağırıb, bundan sonra əsgərlər siyasətçini naməlum istiqamətə aparıblar.

Paytaxt Xartumda insanlar küçələrə çıxaraq çevriliş cəhdinə etiraz ediblər. Ölkədə internet və telefonların kəsildiyi bildirilir.

Sudan Peşəkarları Dərnəyi və Müqavimət Komitəsi xalqı küçələrə çıxmağa, yolları bağlamağa və çevrilişə qarşı çıxmağa çağırıb.

***

Bəli, BMT Təhlükəsizlik Şurası vaxtilə Qarabağ məsələsində də vəzifəsini yerinə yetirsəydi, passivlik və laqeydlik nümayiş etdirməsəydi, Ermənistana təzyiq göstərilsəydi Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını təkbaşına yerinə yetirməli olmazdı...

TƏQDİM ETDİ: Y.MƏMMƏDLİ 

 

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN