"ABŞ strateji bombardmançıları Rusiyaya qarşı nüvə silahı təlimi keçirib".

Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Çinin müdafiə naziri general Vey Fınqhi ilə onlayn görüşündə deyib.

"ABŞ təyyarələri keçən ay sərhədlərimiz yaxınlığında 30 uçuş həyata keçirib. Bu rəqəm keçən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur", - deyə Şoyqu bildirib.

Şoyqu həmçinin qeyd edib ki, ABŞ-ın strateji bombardmançı təyyarələri Rusiyaya qarşı eyni vaxtda şərq və qərb istiqamətindən nüvə silahı təlimi keçiriblər: “Qlobal Tunder manevri zamanı sözügedən təlimi 10 təyyarə ilə həyata keçiriblər".

Görüş zamanı Rusiya və Çin nazirləri iki ölkə arasında hərbi əməkdaşlığın inkişafı üçün yol xəritəsi sənədini imzalayıblar.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN