Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin keçirdiyi sorğuya əsasən, rusiyalıların demək olar ki, 40%-i
Rusiya prezidenti Vladimir Putini "İlin siyasətçisi" elan edib.
"Ruslar üçün ilin siyasətçisi Vladimir Putin olaraq qalır - respondentlərin 38%-i onun adını qeyd edib. Daha sonra Mixail Mişustin və Sergey Lavrova (hər biri 17%), Sergey Şoyquya isə (8%) səs verilib" , - deyə qeyd edilib.
Bundan başqa, sorğuda iştirak edənlər RLDP-nin rəhbəri Vladimir Jirinovskini, RFKP-dən seçkilərə namizəd Pavel Qrudini, “Vahid Rusiya” Partiyasının sədri Dmitri Medvedyevi və başqalarını da seçiblər.
Onu da əlavə edək ki, sorğu 2021-ci ilin dekabrında keçirilib. Sorğuda 18 və yuxarı yaşda olan 1,6 min Rusiya sakini iştirak edib.
Bundan əlavə, ölkə vətəndaşlarının 21%-i dövlət başçısını Yeni il süfrəsinə dəvət etmək istərdi. Digər siyasətçilər arasında bu şərəfə - Vladimir Jirinovski (9%), Mixail Mişustin və Sergey Şoyqu da (hər biri 5%) layiq görülə bilər.
TƏQDİM ETDİ: Y.MƏMMƏDLİ