ABŞ prezidenti ABŞ-ın hava məkanını Rusiya təyyarələri üçün bağladığını açıqlayıb.
"Təzadlar" "Amerikanın Səsi" radiosuna istinadla bildirir ki, Bayden deyib: “Biz bütün Rusiya uçuşları üçün hava məkanını bağlayırıq... Putin indi həmişəkindən daha çox dünyadan təcrid olunub”.
Bayden çıxışında Rusiya Federasiyasının prezidentinin Ukraynaya qarşı əsassız olaraq müharibəyə başladığını xatırladıb. Eyni zamanda, ABŞ prezidenti iki dəfə təkrar edib ki, “Putin addımını və məqsədini düzgün hesablamadı- həm Vətənini bütün gücü ilə müdafiə edən Ukrayna xalqına münasibətdə, həm də BMT və NATO-ya münasibətində". Bayden bütün dünyada Putinə və Rusiyaya qarşı tətbiq edilən sanksiyaları da xatırladıb.
Bir daha xatırladaq ki, Rusiya 6-cı gündür Ukraynaya qarşı genişmiqyaslı müharibə aparır, lakin hələ də istəyinə nail ola bilməyib. Nəticədə Rusiyanın hərbi gücünün nə səviyyədə olduğunu aydın göstərdi...
A.Məmmədli