Yanvarın 6-da Sumqayıt şəhəri ərazisində bir nəfərin bank kartından 500 manatının oğurlanması barədə polisə məlumat daxil olub.

Tezadlar.az xəbər verir ki, Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən T.Quliyev müəyyən olunaraq saxlanılıb.

Abşeron RPİ əməkdaşlarının keçirdikləri tədbirlərlə isə bir nəfərin bank kartından 145 manat oğurlamaqda şübhəli bilinən yeniyetmə müəyyən olunaraq saxlanılıb.

Abşeron rayonu ərazisində digər oğurluq hadisəsi isə kafelərin birində baş verib. Naməlum şəxsin kafedən 3660 manatlıq enerji içkisi və 2500 manat dəyərində televizor oğurlaması barədə polisə məlumat daxil olub. Əməli törətməkdə şübhəli bilinən F.Həsənov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Hər 3 faktla bağlı araşdırma aparılır.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN