Səudiyyə Ərəbistanının müqəddəs Məkkə və Mədinə şəhərlərini sel daşqınları basıb.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə “Metro” məlumat yayıb.
Belə ki, güclü yağışlar nəticəsində şəhərin küçələri çaylara çevrilib, çoxlu sayda avtomobilləri su selləri aparıb.
“ Səudiyyə Ərəbistanının ən müqəddəs şəhər olan Məkkə şəhəri ekstremal hava şəraitinə məruz qalıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə leysan yağışlar səbəbindən bütün məhəllələrin qismən su altında qaldığı görünür”, - deyə bildirib.
Qeyd edək ki, Meteorologiya Xidməti Məkkə, Mədinə və liman şəhəri Ciddə üçün qırmızı təhlükə elan edib.
https://www.youtube.com/shorts/AEhK4rTHnMQ
JASMİN