Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Ukraynanın təhlükəsizliyinin təminatçılarından birinə çevrilməyə hazır olduğunu, lakin bunun təfərrüatlarının hələ müəyyən edilməli olduğunu bildirib.
Tezadlar.qaz CNN-Türk-ə istinadla bildirir ki, bu barədə Türkiyənin NTV telekanalı da xəbər yayıb. Ərdoğan Ukraynanın Rusiyaya müharibəni dayandırmaq üçün yazılı təklif təqdim etdiyi İstanbul danışıqlarının prosesə “əhəmiyyətli sürət” verdiyini bildirib. O, yenidən Ukrayna və Rusiya prezidentlərini danışıqlara qəbul etməyi təklif edib. "Ukraynanın təhlükəsizliyinin təmin edilməsi məsələsində qarant ölkələrdən biri ola bilərik, lakin təbii ki, bunun təfərrüatlarına aydınlıq gətirilməlidir", - Ərdoğan bildirib.
Xatırladaq ki, Almaniyanın xarici işlər naziri Annalena Burbok isə bildirib ki, Almaniya Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazırdır, lakin o, müharibənin davam etdiyini və sülh danışıqlarında hələ də irəliləyişə nail olunmadığını bildirib.
Britaniya isə Ukraynanın öz təhlükəsizliyinin təminatçısı olmaq imkanı ilə bağlı müraciətini nəzərdən keçirəcək, lakin NATO üzvlərinin Alyans çərçivəsində üzərinə götürdüyü öhdəliklərin qəbulunu da nəzərə alacaqlarını qeyd edib.
***
Bu gün həm də o bəlli oldu ki, Ərdoğan bu gün Türkiyə vaxtı ilə saat 20:00-da Zelenski ilə telefonda danışacaq və Putinlə görüşün bəzi detallarını müzakirə edəcək.
A.Məmmədli