Kiyev şəhərinin meri Vitali Kliçko şəhəri tərk etmiş paytaxt sakinlərini bir daha geri qayıtmalarına çağırış edib: atəş təhlükəsi hələ də qalmaqdadır.
Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, Kliçko 6 aprel müraciətində belə deyib. Sitat: "Başqa şəhərlərə gedən kiyevlilər paytaxta qayıtmaqda davam edirlər. Hələ də evlərinə getməyənlərə müraciət edirəm: bir az gözləyin. Şəhərin atəşə tutulması təhlükəsi hələ də ehtimal olaraq qalır. Mən isə hazırda şəhərdə olan kiyevliləri diqqətli olmağa - həyəcan siqnallarına məhəl qoymağa, komendant saatı qaydalarına riayət etməyə çağırıram..."
Hazırda Kiyevin yollarında çoxlu nəzarət-buraxılış məntəqələri olduğundan, Kliçko sürücüləri də diqqətli olmağa və yol hərəkəti qaydalarına əməl etməyə çağırıb. Mer qeyd edib ki, şəhərdə avtomobillərin sayı xeyli çoxdur və yoldakı maneələr hərəkəti çətinləşdirir. "Biz hamımız ümid edirik ki, düşmən Ukraynanın ürəyini - Kiyevi ələ keçirmək cəhdindən əl çəkib. Amma biz başqa ssenarilərə hazır olmalıyıq. Ona görə də paytaxtın müdafiəsini davam etdiririk. Çalışın, köməyə və dəstəyə ehtiyacı olanlara kömək edin. Biz birlikdə ayağa qalxacağıq və qalib gələcəyik. Silahlı qüvvələrimizə şükür! Yaşasın Ukraynaya!"
CNN-Türk-ün canlı yayımında da aydın görünür ki, Kiyevdə barrikadalar hələ də durur və komendant saatı qalmaqdadır.
A.Məmmədli