Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə gender bərabərliyi və ayrı-seçkilik mövzularında media nümayəndələrinin peşəkarlığının artırılması məqsədi ilə onlar üçün “Mediada gender bərabərliyi və peşəkarlıq” adlı 2 günlük təlim keçirilib.

Təlimin açılış mərasimində çıxış edən Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Azərbaycanda gender bərabərliyinin təmin olunması istiqamətində aparılan maarifləndirmə tədbirləri haqqında geniş məlumat verib, həmçinin bu cür seminarların davam etdirilməsinin vacibliyini vurğulayıb.

Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli isə mediada gender məsələləri ilə bağlı jurnalistlərin ixtisaslaşmasının müvafiq mövzunun ətraflı işlənməsi və peşəkar səviyyədə cəmiyyətə təqdim edilməsi baxımından əhəmiyyətini qeyd edib. 

Təlimin birinci günündə Türkiyə Respublikası ilə telekörpü yaradılıb, Qadının Statusu Ümumi Müdirliyinin eksperti Vesile Kılıç “Mediada qadın təmsilçiliyi” mövzusunda çıxış edib, iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Həmçinin BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üzrə Komitəsinin sədr müavini, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov “Gender bərabərliyi və cinsi ayrı-seçkilik”, media eksperti Aynur Bəşirli “Gender stereotipləri” mövzularında təqdimatla çıxış ediblər.

Təlimin ikinci günündə isə Medianın İnkişafı Agentliyinin nümayəndəsi Pərvanə İbrahimova 

“Mediada gender anlayışı: yerli və xarici təcrübə”  mövzusunda çıxış edib. O, mediada qadın və kişi  təmsilçiliyi, işıqlandırılan materiallarda üstünlük təşkil edən mövzular, eləcə də medianın ictimai rəyə təsiri ilə bağlı məlumatları dünya təcrübəsi ilə müqayisəli şəkildə təqdim edib. 

Daha sonra  Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev "Medianın fəaliyyətində gender bərabərliyinin təminatları haqqında qanunvericiliyin müəyyən etdiyi öhdəliklər və standartlar" mövzusunda çıxış edib. Təlimçi milli qanunvericilikdə gender bərabərliyinin təminatlarından bəhs edib. 

Sonda media eksperti Aynur Bəşirli "Mediada gender bərabərliyi" mövzusunda çıxış edib. Ekspert, təqdimatında mediada gender stereotipləri, hazırlanan materiallarda gender balansı ilə bağlı məqamlar haqqında məlumat verib. 

İnteraktiv müzakirələrlə keçən təlimin sonunda  iştirakçılara sertifikatlar təqdim edilib.

TEZADLAR.AZ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN