Ermənistan demilitarizasiya zonasının mövcud olduğu 1991-ci il sərhədlərinə qayıtmağı təklif edir...
Tezadlar.az "Azadlıq radiosu"na istinadla bildirir ki, Nikol Paşinyan Azərbaycanla sərhəddə demilitarizasiya zonasının yaradılmasını təklif edib. Eyni zonanın olmayan "Dağlıq Qarabağ" ətrafında da yaradılması təklif edilir. O, hesab edir ki, bu, Dağlıq Qarabağın müdafiə ordusunun azalmasına kömək edəcək. Sitat: “Mənim fikrim budur ki, Dağlıq Qarabağ erməniləri yalnız soyqırıma məruz qalmaq təhlükəsi ilə bağlı orduya malikdirlər. Soçidə üçtərəfli görüş zamanı mən Dağlıq Qarabağın hakimiyyət orqanlarından Dağlıq Qarabağ ətrafında beynəlxalq təminatlarla silahsızlaşdırılmış zonanın yaradılması təklifini təqdim etdim ki, bunun nəticəsində Dağlıq Qarabağa bu böyüklükdə müdafiə ordusu lazım olmaya bilər”. Paşinyan bu sərsəm fikirlərini hökumətin iclasında deyib.
***
Xatırladırıq ki, oktyabrın 6-da Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Praqada Avropa Siyasi Birliyinin sammitində görüşüblər. Danışıqlardan sonra iki ölkə liderləri 2022-ci ilin sonuna qədər sülh müqaviləsinin bağlandığını elan ediblər. Oktyabrın 31-də isə Ermənistan və Azərbaycan liderləri Rusiyanın vasitəçiliyi ilə Soçidə yenidən görüşüblər. Amma bütün bunlara baxmayaraq Paşinyan bilə-bilə ki, artıq Qarabağ var, "Dağlıq Qarabağ" ifadəsi arxivə göndərilib... İkincisi, Qarabağda Azərbaycanlılar soyqırıma məruz qalıb, ermənilər işğal etdikləri Azərbaycan şəhər və kəndlərində 30 il ərzində dağıtmaqla, viran qoymaqla məşğul olub. İndi bunlara son qoyulub. Ermənistan xilas olmaq istəyirsə, bu xülyalardan əl çəkməlidir...
A.Məmmədli