...Tarixin bütün dövrlərində xalqımız müxtəlif siyasi-hərbi münaqişələrə cəlb olunub, nəticədə zaman-zaman əraziləri işğal olunub, dinc əhalisi qətlə yetirilib.
Müharibələr nəticəsində xalqın minilliklər boyu formalaşmış mənəvi-dini-milli dəyərlərinə ziyan dəymiş, torpaqlarımızın bir hissəsi əldən getmişdir. 1813-cü il Gülüstan, 1828-ci il Türkmənçay müqavilələrindən sonra Azərbaycan ikiyə bölünüb və böyük bir hissəsi indiki İranın tərkibində qalmışdır.
1991-ci ildə SSRİ-nin dağılması ilə Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra, İran bu dövr ərzində Azərbaycan əhalisinin bir qisminin şiə olmasına görə şiəlik mərkəzli siyasət aparmış, ölkədə müəyyən qədər nüfuz sahibi olmaq və iranyönümlü ideologiyanın formalaşması üçün illərlə vaxt, maliyyə və insan resursu sərf etmişdir.
Bu dövrdə İranın dini-ideoloji təbliğatı və İran modelli şiəlik dindarlara təlqin edilmişdir. Həmçinin İranda təhsil alan azərbaycanlıların bu illər ərzində Azərbaycana qayıtması və ya azərbaycanlılar üçün İrandan fəaliyyət göstərmələri İranın Azərbaycanda möhkəmlənməsi yolunda əsas elementlərdən biri olmuşdur. Siyasi arenada Azərbaycan daim İranla olan münasibətlərini yüksək dəyərləndirmiş və onun inkişafı üçün səy göstərmişdir. Bu Azərbaycan prezidenti İlham Əliyevin İran Prezidenti Seyid İbrahim Rəisiyə ünvanladığı məktubda öz əksini lazım olan səviyyədə tapıb. Həmin məktubda belə sətirlər var:
"Şübhəsiz, tarixi, əzəli torpaqlarımızın işğaldan azad olunması nəticəsində Azərbaycan-İran dövlət sərhədinin bərpası müxtəlif sahələrdəki mövcud potensialdan tam şəkildə yararlanmağa, nəqliyyat-kommunikasiya dəhlizlərinin gerçəkləşdirilməsində birgə iştiraka əlverişli şərait yaratmışdır. Bu baxımdan Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun əhəmiyyətini xüsusi qeyd etmək istəyirəm”.
Bu məktubda göründüyü kimi, Azərbaycan İranı özünə qonşu, dost ölkə bilsə də, İranda bu məsələyə baxışlar fərqlidir. Belə ki, birinci Qarabağ müharibəsi zamanı Ermənistanın Azərbaycana qarşı etdiyi işğal siyasəti nəticəsində havadarlarının dəstəyi ilə Azərbaycan ərazisinin 20 faizini işğal etməklə, eləcə də kütləvi terror və soyqırımlar törətməyinə etiraz olaraq (dost-qardaş) İslam ölkəsi olan Türkiyə bu işğalı pisləyərək Ermənistanla olan sərhədlərini və diplomatik, eləcə də iqtisadi əlaqələrini dayandırdı. İslam ölkəsi olan Pakistan Ermənistanı dövlət kimi bu günə kimi də tanımır. Bundan başqa İslam Əməkdaşliq Təşkilatının və Beynəlxalq Təşkilatların bəyanatları da buna tam sübutdur. Bəs İslam ölkəsi olan İran nə etdi?! Ermənistanla olan əlaqələrini daha da genişləndirməklə onun iqtisadiyyatına dəstək verərək bütün təminatlarını qarşıladı. Əvəzində işğal olunan ərazilərimizdə qalan dövlət və şəxsi mülklərin daşları və başqa materialları Ermənistan tərəfindən İrana çox ucuz qiymtə satıldı.
İkinci Qarabağ müharibəsində İran rəsmi olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirdi. Amma İrandakı azərbaycanlılar Rusiyanın İran ərazisindən istifadə edərək Ermənistana silah göndərdiyini bildirərək, etiraz aksiyaları keçirsələr də, İran hökuməti bu faktı təkzib etmişdi.
44 günlük Vətən müharibəsi zamanında İranın Ermənistanın yanında olduğunu və öz ölkləri vasitəsilə Ermənistana silahların daşınmasının şahidi olduq. Onlar var qüvvələrilə Ermənistana köməklik edirdilər. İranın bu münaqişə zamanı nümayiş etdirdiyi mövqeyi sual yaradır. Necə ola bilər ki, işğal altında olan məsçidlər dağıdılır və onların içində İslam dinində haram hesab edilən donuzlar saxlanılır və İslam ölkəsi olan İran buna biganə qalır?
Baxmayaraq ki, Qərb ölkələri illərdi İrana qarşı tətbiq etdiyi sanksiyalara Azərbaycan nəyin ki, bu sanksiyalara qoşulmamış, həmçinin beynəlxalq arenalarda İranın maraqlarını dəstəkləmişdir. Amma İran bütün bu yaxşılıqların müqabilində bizə düşmən mövqeyi nümayiş etdirir.
Azərbaycan Vətən müharibəsi zamanı qalib olduqdan sonra İran öz maraqlarını müdafiə etmək üçün Cənubi Qafqaz regionunda daha təşəbbüskar olmağını göstərməyə çalışmışdı. Amma bu baxımdan Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini sözdə qeyd etsə də əməldə dəstəkləmədi.
Azərbaycan Zəngəzur dəhlizinin açilması bölgə üçün nə qədər əhəmiyyətli olduğunu qeyd edərək, İranın da bu lahiyyədə iştirakını dəstəklədiyini bildirmişdir. Azərbaycan düşünürdü ki, İran mümkün qədər sülh ideyalarını irəli sürəcək, sərhəddə, həmçinin işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinin həyata keçirilməsində, o cümlədən, Zəngəzur dəhlizinin açılmasında maraqlı olduğunu göstərəcəkdir. Lakin İran bu lahiyyələri dəstəkləməkdə maraqlı olmadı.
Maraqlıdır. İran Zəngəzur dəhlizinin açılmasını niyə istəmir?
İran dövləti hər zaman Azərbaycanı və Türkiyəni özünə təhtit kimi qəbul edir və düşünür ki, quru yolların olması sözsüz Türk dünyasının güclənməsi deməkdir. Həmçinin Azərbaycanın İran ərazisindən Naxçıvanla olan əlaqəsini aradan qaldıracaq. Əslində kommunikasiya xətlərinin açılması prosesində İranın da bu prosesə müəyyən dərəcədə aktiv rol alan dövlət kimi yer alması – xüsusilə də nəqliyyat dəhlizindən birlikdə istifadəsi, həmçinin Culfa üzərindən İrana yükdaşımaların həyata keçirilməsi və başqa məsələlər də bütövlükdə müzakirə oluna bilər.
Burada belə bir sual ortaya çıxır. Bəs İran niyə Azərbaycanla Türkiyəni özünə təhdid hesab edir?
Qərb ölkələri, ABŞ və İsrail başda olmaqla iddia edirlər ki, İran nüvə enerjisi adı altında nüvə silahı əldə etmək istəyir, bu da gələcəkdə Qərb ölkələri üçün təhdid deməkdir. Bildiyimiz kimi Türkiyə NATO ölkəsidir və Azərbaycan Türkiyə ilə qardaş ölkədir, həmçinin İran ərazisində 35. 000 000 azərbaycanlı yaşayır, İranda anlayır ki, bu ölkələrlə müharibə edərsə, orada yaşayan azərbaycanlılar öz qardaşları ilə döyüşməyəcək. Bax, buna görə də İran bu ölkələri özünə regional, siyasi müstəvidə təhlükə kimi görür.
Eyni regionda sülhün pozulması əslində heç bir tərəfə sərf etmir: Həm İran-Amerika arasında illərdir davam edən soyuq müharibə, tətbiq olunan sanksiyalar, həm Rusiyanın hazırkı Ukrayna ilə olan münasibəti, həm də Türkiyənin Yaxın Şərq ölkələri ilə münasibəti, Azərbaycan-Ermənistan münasibətləri və sairə. Ancaq biz inanırdıq ki, qonşu və dost ölkə İran öz siyasi kursunu dəyişərək. Azərbaycanla olan əməkdaşlıq əlaqələri daha da dərinləşəcək və strateji tərəfdaşlıq səviyyəsi yüksələcək. Əfsus ki, bu olmadı...
İranda son vaxtlar etiraz dalğaları ən yüksək həddə çatıb. Bu etiraz aksiyaları barədə onu deyə bilərəm ki, 22 yaşlı kürd qızı Məhsa Emininin polis tərəfindən qətlə yetirilməsindən sonra başlamış və onun ardınca bir neçə azərbaycanlı qızların, oğlanların da qətlə yetirilməsi bu aksiyanı daha da genişləndirmiş və hal-hazırda bu aksiyalar bütün ölkəni bürüməkdədir. Bir neçə gəncin öldürülməsi bu cür aksiyalara səbəb ola bilərdimi?! Əlbəttə ki, xeyr! Bu hadisə təsadüfən törədilsəydi, bunu törədən polislər cinayət məsuliyyətinə cəlb edilməklə, məsələ öz həllini tapmış ola bilərdi. Lakin hakimiyyətin polisə verdiyi səlahiyyətlər və insanların hüquqlarını məhdudlaşdırılması bu aksiyaların geniş miqyaslı olmasına təkan yaratdı. Beynəlxalq təşilatlar, eləcə də, dövlətlər İran hakimiyyətinə çağırışlar edərək insanların sərbəst toplaşma azadlıqlarına hörmətlə yanaşmalarını tələb edirlər. Bu çağırışlara baxmayaraq, İranda aksiya zamanı dinc sakinlərə açılan atəş böyük etirazlara səbəb olmuşdur. Almaniyanın xarici işlər naziri Baerbok açıqlamasında Almaniya və Avropa İttifaqının İran İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi təsnif etməyi nəzərdən keçirdiyini açıqlayıb. Qeyd edim ki, ABŞ Dövlət Departamenti 2019-cu il aprelin 15-də İran İnqilab Keşikçiləri Ordusunu “xarici terror təşkilatları” siyahısına daxil edilmişdi. İran hakimiyyəti xalqın tələblərini yerinə yetirmədikcə etirazlar geniş vüsət alacaq, bu da İran hakimiyyətinin beynəlxalq səviyyədə nüfuzunu itirəcəyinə, həmçinin hakimiyyətin sonuna gətirib çıxarmağa səbəb olacaq. Deməli, biz tezliklə İranda böyük çevrilişin olacağını görəcəyik. Cənubda yaşayan soydaşlarımız molla rejimindən azad olub, öz dövlətlərini quracaqlar. Bu işdə biz də sehirçi kimi qalmamalıyıq və cənubdakı bacı-qardaşlarımıza necə lazımdırsa köməklik etməliyik. Qoy İrandakı molla rejimi də görsün ki, düşmənlərimiz olan ermənilərə 1988-ci ildən başlayaraq kömək etməyin, onlara silah-sursat vermələrinin, məscidlərimizdə donuz saxlamalarına göz yummalarının və 2022-ci ilin 1 noyabr tarixindən ermənilərə qaz istehsalını iki dəfə artırmalarının cavabı yalnız belə olmalıdır. Qafqazda və regionda artıq Azərbaycanla hesablaşmağın vaxtıdır.
Emin NƏBİYEV,
hüquqşünas