Rusiya prezidenti Vladimir Putin bəzi təqsirkarları Rusiya Federasiyası vətəndaşlığından məhrum edən qanunvericilik aktlarının siyahısını genişləndirmək istəyir.

Tezadlar.az "Ria Novosti"yə istinadla bildirir ki, Rusiya Dövlət Dumasına birinci oxunuşda qəbul edilmiş "Rusiya vətəndaşlığı haqqında" qanun layihəsinə prezident tərəfindən düzəliş daxil olub. Düzəlişə əsasən, bu cinayətlərdə təqsirləndirilənlər vətəndaşlıqdan məhrum edilir:
- 284.1 - Rusiya Federasiyasının ərazisində fəaliyyətinin arzuolunmaz kimi tanınması barədə qərar qəbul edilmiş xarici və ya beynəlxalq qeyri-hökumət təşkilatının fəaliyyətinin həyata keçirilməsi;
- 207.3 - Rusiya Federasiyası Silahlı Qüvvələrinin, Rusiya Federasiyasının dövlət orqanlarının öz səlahiyyətlərini həyata keçirməsi barədə qəsdən yalan məlumatların açıq şəkildə yayılması;
- 280.1 - Rusiya Federasiyasının ərazi bütövlüyünün pozulmasına yönəlmiş hərəkətlərin həyata keçirilməsinə ictimai çağırışlar;
- 280.3 - Rusiya Federasiyasının və onun vətəndaşlarının maraqlarını qorumaq, beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və ya Rusiya Federasiyasının dövlət orqanları tərəfindən öz səlahiyyətlərini həyata keçirmək üçün Rusiya Federasiyası Silahlı Qüvvələrinin istifadəsini nüfuzdan salmağa yönəlmiş ictimai hərəkətlər.

***

Vətəndaşlıqdan məhrumetmənin əsası, həmçinin ekstremizmə açıq çağırışlar, dövlət xadiminin həyatına qəsd, silahlı üsyan təşkil etmə, soyğunçuluq, rüşvətxorluq, vandalizm, dövlət gerbinə və bayrağına hörmətsizlik və digər cinayətlər ola bilər. Qanun layihəsi apreldə birinci oxunuşda qəbul edilib. İlkin variantda dövlət əleyhinə olan ağır cinayətlərə, terrorçuluq fəaliyyətinə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə və sənədlərin saxtalaşdırılmasına görə, habelə vətəndaşın könüllü müraciəti əsasında vətəndaşlıqdan məhrum edilməsi təklif edilib.
Bundan əlavə, qanun layihəsi Rusiya pasportu almaq üçün müraciət edənlərin 20-dən çox kateqoriyası üçün tələblərin sayının azaldılmasını nəzərdə tutur. O, həmçinin sadələşdirilmiş qaydada vətəndaşlıq əldə etmək hüququ olan şəxslərin kateqoriyasını müəyyən etmək üçün dövlət başçısının səlahiyyətlərini genişləndirir. Norma həm də anadangəlmə deyil, məsələn, Rusiyanın yeni əraziləri ilhaqı nəticəsində pasport almış şəxslərə şamil olunacaq. Vətəndaşlıqdan məhrum etmə qərarı cinayətin nə vaxt törədilməsindən asılı olmayaraq qəbul edilə bilər.

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN