Xəbər verdiyimiz kimi, dünən Türkiyə vaxtı ilə saat 16:00 radələrində Türkiyənin İstanbul şəhərinin mərkəzindəki İstiqlal Meydanında törədilən partlayış PKK/PYD terror təşkilatı tərəfindən törədilib.

Tezadlar.az Haber-Türk-ə istinadla bildirir ki, Türkiyənin daxili işlər naziri Süleyman Soylu bu barədə təsdiqləyici məlumat verib və nazir bildirib ki, partlayış zamanı 6 nəfər həlak olub, 81 nəfər yaralanıb. Nazir, həmçinin bildirib ki, artıq partlayışa səbəb olan bombanı qoyan şəxs yerli polis idarəsi tərəfindən həbs edilib. Lakin nazir hələki həmin terrorçunun adını açıqlamayıb: “Bizə bu acıları yaşadanların daha çox acı çəkə biləcəyi bir cavabı tezliklə onlara göstərəcəyik".

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN