Macarıstanın vetosuna baxmayaraq, Avropa İttifaqının 2023-cü il ərzində Ukraynaya 18 milyard avro məbləğində maliyyə yardımı göstərməsinə imkan verəcək qanunvericilik paketi üzərində razılığa gəlib.
Tezadlar.az “Evropeyskaya Pravda”ya istinadla bildirir ki, Aİ Şurasının mətbuat xidməti şənbə günü əldə olunan razılaşmanı açıqlayıb.
Təklif dekabrın 10-da Şura tərəfindən yazılı şəkildə qəbul edilib və gələn həftə mümkün qəbul olunması üçün Avropa Parlamentinə göndəriləcək. Paket 2023-cü ildə Ukraynaya maliyyə dəstəyi üçün struktur həllini nəzərdə tutur. 2023-cü ildə Ukraynaya veriləcək məbləğ 18 milyard avro təşkil edəcək, kreditlər isə 10 illik güzəşt müddəti olacaq. Aİ Üzv Dövlətləri faiz xərclərinin böyük hissəsini məqsədli xarici gəlirlərdən ödəyəcək. Mətbuat xidməti bildirir ki, bu borclar üzrə təminatlar ya Aİ büdcəsindən, ya da üzv dövlətlər tərəfindən veriləcək. Proqramın məqsədi qısamüddətli maliyyə yardımı göstərmək, Ukraynanın təcili ehtiyaclarını maliyyələşdirmək, kritik infrastrukturu bərpa etmək və Ukraynanı Avropaya inteqrasiya yolunda dəstəkləmək üçün ilkin olaraq müharibədən sonrakı davamlı yenidənqurmaya dəstək verməkdir. Bildiyiniz kimi, Macarıstan Aİ-nin Ukraynaya 18 milyardlıq yardım paketi vermək qərarına qarşı çıxıb. Amma qərar yekdilliklə qəbul edilib...
A.Məmmədli