Ötən gün Tbilisi Şəhər Məhkəməsində üçüncü prezident Mixeil Saakaşvilinin cəzasının təxirə salınması və ya hökmdən azad edilməsi ilə bağlı növbəti məhkəmə prosesi başlayıb.

Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla xəbər verir ki, eks prezident sağlamlıq vəziyyəti ilə bağlı iclasda fiziki və ya onlayn qaydada iştirak etmir. Sabiq prezidentin vəkili Şalva Xaçapuridzenin jurnalistlərə verdiyi məlumata görə, müdafiə tərəfi bugünkü məhkəmə prosesində ABŞ-dan gələn maddi sübutları araşdıracaq və bir nəfər şahid dinləniləcək. O, bildirib ki, bugünkü məhkəmə prosesində "Empatiya" tibb mərkəzinin eksperti, neyroxirurq dindiriləcək. Bugünkü prosesdə məhkəmənin tədqiq etməli olduğu maddi sübutlara gəlincə, vəkilin sözlərinə görə, sözügedən sübut Saakaşvilinin saçıdır. Beləki onun saçında ağır metallar aşkarlanıb. Saakaşvilinin vəkilləri 1 dekabr tarixində eks prezidentin səhhəti ilə bağlı cəzasının təxirə salınması və ya cəzadan azad edilməsi üçün məhkəməyə müraciət ediblər. Lakin Gürcüstanın siyasi hakimiyyəti hələki onun azad edilməsinə tələsmir. Amma gözlənilir ki, bu yaxın zamanda baş verəcək.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN