Həbsdə olan Gürcüstanın sabiq prezidenti mixail Saakaşvilinin anası sensasion iddia ilə diqqəti çəkib...
Belə ki, " Ukraynada əməliyyat hazırlanırdı və o vaxt Saakaşvili Zelenskinin yanında olmalı deyildi, bu, tapşırıq idi və Kreml bu tapşırığın öhdəsindən gəldi", - deyən Giuli Alasania jurnalistlərə müsahibəsində əlavə edib: "“Spiegel" jurnali Saakaşvilinin müsahibəsini kifayət qədər geniş dərc etdi və bu, Qərb cəmiyyətinin və ümumilikdə dünyanın çox yüksək marağı olduğunu göstərir. Oğlumun Gürcüstana gəlməsi isə oktyabrdan əvvəl baş tutmalı idi, çünki Ukraynada hərbi əməliyyat hazırlanırdı və o vaxt Zelenskinin yanında olmamalı idi, bu, tapşırıq idi və Kreml bu tapşırığı yerinə yetirdi".
Xatırladırıq ki, ötən gün eks prezident Mixeil Saakaşvili Almaniyanın "Spiegel" jurnalına yazılı müsahibəsində bildirib ki, Rusiya prezidenti Vladimir Putin, onun sələfi Dimitri Medvedev və Rusiyanın Xarici İşlər Naziri onun təkcə fiziki məhv edilməsi deyil, həm də Gürcüstanda həbsi və mühakiməsi barədə göstəriş veriblər.
Rusiyanın siyasi rəhbərliyindən hələki bu iddialara cavab verilməyib.
A.Məmmədli