Azad Məsiyev: «İranın hərbi-siyasi dairələri bilərəkdən və ya bilməyərəkdən bu oyunda alətə çevrilib…»

Xəbər verildiyi kimi, 2023-cü ilin yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” markalı avtomatla silahlanan şəxs mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib.Terrorçu səfirliyin əməkdaşları tərəfindən saxlanılıb. İrandakı xarici agentura bu terror aksiyasının məişət zəmində olmasını nümayiş etdirmək istəyir. Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, siyasi şərhçi Azad Məsiyev hesab edir ki, İranda baş verən hadisələr SSRİ-nin dağıdılması senarisinin əlamətləri ilə eynilik təşkil edir. Onunla söhbətimizi təqdim edirik:

-Azad müəllim, bildiyiniz kimi, İranda Azərbaycan səfirliyinə silahlı hücum nəticəsində həlak olan və yaralananlar var, bu hadisə beynalxalq səviyyəədə pisləndi, Azərabaycan cəmiyyətində ciddi narazılıqla qarşılandı. Bu hadisəyə Azərbacan cəmiyyətində müxtəlif qiymətlər verilir. Siz bu hadisəyə necə   şərh verərdiniz?

-Sualınızı iki nöqteyi- nəzərdən şərh etmək daha düzgün olardı: Birincisi hüquqi, ikincisi siyasi cəhətdən. Hüquqi baxımdan birmənalı olaraq qeyd  edilməlidir ki, İrandakı Azərbaycan səfirliyində baş verən terror hadisə beynalxalq qanunların pozulmasıdır, İran dövləti Vyana konvensiyasına görə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməli idi. Lakin bu şərti qəti şəkildə və kobud formada pozdu. İran dövləti Beynalxalq qaydalara görə, öz üzərinə götürdüyü öhtəliyi yerinə yetirməyə borclu idi. Səfirliyimizə qarşı edilən silahlı basqın birmənalı olaraq terror hadisəsidir, bu hadisəni İran dövləti qəbul etsə də belədir, eləməsə də. Bu terrora  görə İran dövləti Azərbaycan dövlətindən üzr istəməlidir. Baş verən hadisəni geniş şərh etmək istərdim. Bildiyiniz kimi, İran qonşumuzdur,  qonşular arasında münasibətin yaxşı olması hər iki dövlətin siyasi və iqtisadi maraqlarına uyğundur. Xüsusilə də bu 40 minə yaxın Azərbaycan türkünün yaşadığı İranın maraqlarına uyğindur. İran dövləti   ABŞ və Qərb tərəfindən düşmən elan olunub, həm iqtisadi, həm də siyasi baxımdan dünyadan tədric edilən İran çox çətin vəziyyətdədir. ABŞ açıq şəkildə İranda molla hakimiyyətinin dəyişdiriləcəyini bəyan edir və bu məqsədə çatmaq üçün bütün vasitələri məqbul sayır. Belə olan təqdirdə İranın qonşuları ilə münasibətinin korlanması İranın maraqlarına tamamilə ziddir.

 –Elə isə, səfirliyimizə edilən terror hücumu kimin maraqlarına hesablanıb?

-Bu hadisənin sifarişçilərini, təşkilatçılarını və icraçılarıaşkar etmək ilk növbədə İran dövlətinin marağında olmalıdır. Birincisi ona görə ki, qonşusu ilə münasibətlərinə xələl gətirilməməsi, ikincisi,  dünya ictimayyətinin qınağından xilas olması, terrorçu dövlət kimi tanınmaması üçün. Bütün hallarda, bu terror İran dövlətində baş verib. Ona görə də baş verənlərə görə İranın siyasi hakimiyyəti məsuliyyət daşıyır. İranın indiyədək bu məsələdə Azərbaycanla münasibətlərində heç bir dəyişiklik etməməsi isə o deməkdir ki, bu işdə İranda bəlli qpuların əli var. Bununla da İranın molla rejimi və siyasi hakimiyyəti suçlu olduğunu göstərir. Bildiyiniz kimi, başda ABŞ və Qərb dövlətləri tərəfindən İran terroru himayə edən kimi, eyni zamanda İranın hüquq mühafizə orqanları isə terrorun təşkilində iştirakçı kimi ittiham edilir. Belə olan təqdirdə İran tərəfi səfirliyimizə edilən hücumun mahiyyətinin düzgün araşdırılmasında maraqlı olmalı, şəffaflığın təmin edilməsi üçün  Azərbaycanın hüquq mühafizə orqanlarını da tərəf kimi (yəni zərər çəkən tərəf kimi) bu istintaqa cəlb etməlidir. Bununla da həm Azərbaycan cəmiyyətində, həm də dünya ictimayyətində düzgün fikir formalaşdırmış olar. Nəzərə alın ki,  Azərbaycanın Ermənistanla müharibə şəraitində olduğu bir halda, İran dövləti Ermənistanla  diplomatiq və dostluq-qardaşlıq münasibəti qurur, müsəlman-islam ölkəsi olan Azərbaycana düşmən olan ölkəyə hərtərəfli yardım edir, əksinə, Azərbaycan əleyhinə təbliğat aparır. Beləliklə, bu terror hadisəsinin ideoloqlarının, sifarişçilərinin məqsədi iki müsəlman və qonşu dövlət arasında diplomatiq gərginlik yaratmaqdır. Bu maraqda İran da ola bilər, başqa ikinci, üçüncü qüvvə də.

 

orxan-esgVacib olan budur ki, bu gərginlik İrana lazımdırmı??? Və sifarişçilər gözəl anlayır ki, son zamanlar İran və Azərbaycan mətbuatında qarşılıqlı ittiham dolu yazılar gedir. Daha doğrusu, İranın rəsmi mediasının Azərbaycan əleyhinə olan çıxışlarına Azərbaycan mediasında alternativ cavab verilir. Bu söz savaşını diplomatiq savaşa çevirmək cəhdi var. Baş verən məlum terror hadisəsi də bu cəhdi reallığa çevirmiş oldu. İki dövlət arasında münaqişə yaratmaq üçün diplamatiq savaşı körükləmək istəyənlər sözsüz ki, yenə də olacaqdır. Bildiyiniz kimi, Türkiyə-Rusiya münasibətlərini korlamaq üçün 2016-cı ildə  Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova Ankarada silahlı hücum olunmuşdu, nəticədə səfir qətlə yetirilmişdi. Terror aksiyasının məqsədi iki dövlət arasında ciddi münaqişə yaratmaq idi. Səfirin qətilinə baxmayaraq, hər iki dövlət- həm Rusiya, həm də Türkiyə baş verən hadisəni emosiyadan kənar təhlil etdilər və düzgün siyasi qiymət verildi. Hesab edirəm ki, indiki halda, İranda baş verənlərə  emosional səviyyədə qiymət verilməsi bu qanlı hadisənin törədilməsində maraqlı olan qüvvələrin, yəni sifarişçilərin, təşkilatçıların maraqlarına xidmət edilmiş olardı. Lakin bu ehtimaldır və kim bilir, bəlkə bu sifarişçi elə İranın daxilindədir, molla rejiminə qarşı olan hansısa qüvvələrdir. Bütün bunların hamısı ciddi şəkildə təhlil edilməlidir…

 -Belə olan təqdirdə səfirliyizə edilən terror hadisəsi kimin maraqlarına xidmət edə bilər? Yəni, bu işdə maraqlı qüvvə sizcə, hardadır: İranın daxilində, yoxsa…

- İranı özünə düşmən edənlər, İranla Azərbaycanı  üz-üzə gətirmək istəyənlər, İranla-Türkiyəni üz-üzə gətirmək istəyənlər, Cənubu Qafqaz regionunda «3+3» formatının qarşısını almaq istəyənlər. Bunların hamısı ABŞ və Qərbin maraqları ilə eynilik təşkil edir. Lakin yuxarıda dedim, həmin maraqlı qüvvə elə İranın daxilində-molla rejiminə qarşı olanların da sırasında ola bilər… Hesab edirəm ki, İrandakı mövcud rejimi devirmək istəyənlər uzun müddətdir ki, İranın daxilində agentura şəbəkəsi formalaşdırıb. Görünən odur ki, agentura şəbəkəsi  həm İranın dini liderinin, həm prezidentin ətrafında, həm hüquq mühafizə orqanlarının daxilində, həm  kütləvi informasiya vastələrində aktiv halına gətirilib. Bir müddət əvvəl ABŞ prezidenti Bayden açıq şəkildə bəyan etmişdir ki, İranı devirəcəyik…

-Axı İranda molla rejiminə qarşı çıxan, etiraz dalğasında iştirakçı olanlar azadlıqsevər xalqdır. Özü də mövcud rejimin dəyişdirilməsini təkcə Azərbaycan türkləri deyil, elə farsların özləri də istəyir…

-Bilirsiniz, bu etirazların ABŞ prezidentinin «İrandakı rejimi devirəcəyik» bəyanatından sonra baş verməsi çox suallar doğurur… Məncə cavabını ortadakı hadisələrə siyasi məntiqlə baxaraq düşündükdə tapmaq olar… Qeyd etmək yerinə düşərdi ki, 2003-cü ildə ABŞ İraqda rejimi dəyişdirdi, prezident Səddam Hüseyni devirəndə ABŞ-ın agentura şəbəkəsinin fəaliyyəti mühüm rol oynamışdı. Belə ki, İraq ordusunun içindəki agenturanın fəaliyyəti nəticəsində ordu generalları fəaliyyətsiz qalmışdı. Başqa bir misalı da çəkmək yerinə düşərdi. SSPİ-nin dağılmasında Qorbaçovun  ABŞ tərəfindən ələ alınması barədə danılmaz faktlar üzə çıxmaqdadır. Belə fikirlər səslənir ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi Qobaçovun əli ilə Siyasi Büroya öz adamlarını yerləşdirmişdi, onların fəaliyyəti nəticəsində SSRİ-nin dağılması həyata keçirilmişdir. İndi də həmin senari İranda həyata keçirilir. Xarici Xüsusi Xidmət orqanları həm İranın dini liderinin, həm prezidentinin ətrafında, həm də  hüquq mühafizə orqanlarında, eləcə də kütləvi informasiya vastələrində öz adamlarını aktiv halına gətirib. Azərbaycan əleyhinə səslənən fikirlər, çağırışlar, təxribatlar dövlətin içindən qaynaqlanan agenturanın fəaliyyəti nəticəsində baş verir. İlk baxışda İran cəmiyyətində elə təəssürat yaradılır ki, güya səslənən fikirlər, bəyanatlar İran dövlətinin maraqlarına uyğundur. Eyni zamanda İranı bürüyən etiraz dalğası, İran vətəndaşlarına edilən işgəncələr və qətllər vətəndaş-dövlət arasında uçrum yaratmağa hesablanmış bir əməliyyatdır. Bu əməliyyat oyunları İran dövlətinin daxilində xarici xüsusi xidmət orqanlarının təlimatı ilə həyata keçiriləndir. Necə ki 1990-cı ildə Bakıda 20 yanvar hadisəsinin törədilməsinə rəvac verən və 1990-cı il yanvarın 18-də  ABŞ senatorlarının Con Kerri ilə yanaşı, senatorlar Pit Uilson, Pols Seymak, Larri Breksler, Kleyborn Pell kimi şəxslərin imzası ilə SSRİ rəhbəri Mixail Qorbaçova edilmiş müraciətin əsas rolu olduğu bildirirlir. Qorbaçov və ətrafındakıların MKİ agenturasının xidmətləri sayəsində Bakıya yeridilən qoşun dinc əhalini qətlə yetirməklə   vətəndaş-dövlət arasında inamsızlıq yaratdı, nəticədə  SSPİ-nin dağılmasına əsas verən səbəblərdən oldu (Tbilisidə, Pribaltikada, Orta Asiyada, Moskvada bu kimi hadisələr dövləti dağıtmağa hesablanmışdı).  İranda baş verən hadisələr SSRİ-nin dağıdılması senarisinin əlamətləri ilə eynilik təşkil edir,  istənilən halda nəticə İranın əleyhinə işləyir. Hadisələrin dərin təhlili bəzi məqamları ortaya çıxarır. Bildiyiniz kim, Türkiyə dövləti açıq şəkildə  bəyan edir ki, biz hər zaman Azərbaycanın yanındayıq...

-İran-Azərbaycan qarşıdurması yaratmaqla Türkiyəni də münaqişəyə cəlb etmək planı işə düşə bilərmi?

-Türkiyənin bölgədəki nüfuzunun artmasını  istəməyənlər çoxdur. Bunun nəticəsində İran-Türkiyə münaqişəsini yatmaqla həm İranı, həm də Türkiyəni zəiflətməklə məqsədi güdülə bilər. Bundan başqa, İran-Azərbaycan-Türkiyə münaqişəsi yaratmaqla «3+3» formatının yaranmasının qarşısı da alına bilər. Bu formatı da istəməyən qüvvələr az deyil. Eyni zamanda İran-Azərbaycan arasında münasibətlərinin gərginləşməsi ABŞ və Makron yönümlü Paşinyan hakimiyyətinin də maraqlarına uyğundur. Səfirliyimizə edilən silahlı basqının sifarişçiləri, təşkilatçıları və icraçıları İranın müvafiq darələri tərəfindən şəffaf araşdırılmasına, ona hüquqi-siyasi qiymətin verilməsinə mane olanların məqsədi də tezliklə bəlli olacaq. Bir sözlə, İranda  baş verən hadisə böyük planın tərkib hissəsidir. İran dövləti bilərəkdən və ya bilməyərəkdən bu oyunda alətə çevrilməkdədir…

Dinlədi: Elçin Məmmədli

 

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN