Ermənistan kişi qıtlığından əziyyət çəkir... Bunu biz demirik, Paşinyanın bəyanatından belə məlum olur...

Tezadlar.az Paşinyanın tvitter səhifəsinə istinadla bildirir ki, o, qadınları orduda könüllü qulluğa çağırıb... Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, dövlət ordunun hərbi potensialını əhəmiyyətli dərəcədə dəyişməyi planlaşdırır: zabitlər üçün ali məktəb yaradılacaq, həmçinin qadınların könüllü hərbi xidmətə çağırılmasına başlanacaq. Paşinyan Ermənistan silahlı qüvvələrinin yaradılmasının 31-ci ildönümü ilə bağlı açıqlamasında deyib: “Yaxın gələcəkdə biz tamamilə yeni olacaq qadınların könüllü müvəqqəti hərbi xidmət institutunu tətbiq etməyi planlaşdırırıq”. 
Bəli, Ermənistan orducu qadınların köməyinə ehtiyaclıdırsa və bu ordu zərif cinsin nümayəndələrindən asılı hala düşübsə, nəticə çıxarmağa dəyər... Xatırlayırsınızsa, neçə il əvvəl Paşinyanın xanımı da əlində avtomat Qarabağdakı səngərə sığınıb şəkil çəkdirərək paylaşım edirdi... Bir il sonra həmin səngərlərə Azərbaycan əsgərlərinin çəkmə izləri hakim kəsilmişdi... 

A.Məmmədli

anna

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN