Türkiyədə baş verən və hələlik 21 mindən çox insanın həlak olması, 80 minə yaxın insanın yaralanmasl ilə ortaya çıxan zəlzələ ölkədə siyasi gündəmi də dəyişib... məlum olduğu kimi, bu ilin 14 may tarixinə planlaşdırılan prezident seçkiləri də var. Artıq seçkinin təxirə salınması çağırışları getdikcə artır. Türkiyə mediası, eləcə də dünyanın aparıcı xəbər agentlikləri də Türkiyə hökumətinin buna hazırlaşdığını yazır. Siyasi ekspertlərin də qənaıti belədir. Ən azı seçkilərin bir-iki il sonraya saxlanılması zərurəti var. Çünki zəlzələnin vurduğu yaraların bərpasına bu qədər zaman tələb olunacaq. Çünki 100 minlərlə seçici zəlzələdən ziyan görüb və onların, eləcə də həlak olanların ailələrinin reabilitasiya olunması, yaşayış yerinə qayıtması xeyli vaxt tələb edir...
A.Məmmədli
Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN