Belarus prezidenti Aleksandr Lukaşenko hesab edir ki, Zelenski sülh danışıqlarına başlamalı, müharibəni bitirməlidir və Ukraynadan təhlükə gəlsə, Belarus ruslarla birgə döyüşə girəcək.
Tezadlar.az "Belorusskaya pravda"ya istinadla bildirir ki, Belarus prezidenti jurnalistlərlə söhbəti zamanı Belarusun Ukrayna ərazisində hərbi əməliyyatda iştirakını şərt adlandırıb, bu barədə BelTA da açıqlama yayıb. Sitat: “Mən hələlik yalnız bir halda Belarus ərazisindən ruslarla birlikdə döyüşməyə hazıram: əgər oradan heç olmasa bir əsgər Belarus ərazisinə daxil olarsa, bir beloruslu həlak olarsa... Əgər onlar Belarusa qarşı təcavüz etsələr, cavab ən sərt olacaq”.
Eyni zamanda Belarus lideri sülh danışıqlarına çağırış edib: “Ukraynada sülh istəyirsənsə, sabahdan sülh haqqında danışmağa başlayaq...".
Lukaşenka hesab edir ki, Ukrayna hazırda hərbi əməliyyatların dayandırılması üçün ən əlverişli şəraitdədir. Bununla bağlı o, Ukrayna prezidenti Vladimir Zelenskini uzaqgörməzlikdə ittiham edib. “İstənilən müharibə sülhlə başa çatır, ona görə də indi onu bitirək. İndi Ukrayna üçün daha əlverişli şərait var. Bu müharibəni bitir və davam et. Və burada hamı Ukraynanı dəstəkləyəcək. Mən isə birinci olacağam”.
Lukaşenko hesab edir ki, Zelenski uzaqgörən bir siyasətçi kimi bir az irəliyə baxmalıdır və Avropaya qaçıb F-16 və ya digər uzaqmənzilli qırıcılar və MLRS istəməməlidir, müharibəni necə dayandırmaq barədə düşünməlidir: “Zelenski sadəcə başa düşməlidir: o, prezidentdir, bu onun ölkəsidir, onun dövlətidir və müstəqil siyasət yürütmək lazımdır. Sən bacarmazsansa (o bacarmır, biz bunu görürük), o deməkdir ki, başqaları bunu edəcək...".
Ekspertlər hesab edir ki, Lukaşenko Putinin indiki halda danışan dilidir. Çünki Rusiyada vəziyyət bütün mənalarda getdikcə pisləşir. Ötən gün "Rossiya24" canlı yayımda 101 rus əsirinin Ukraynadan gətirildiyini göstərirdi... Ümumiyyətlə, son vaxtlar Rusiya mediasında Ukraynaya qarşı əks təbliğat azalıb...
A.Məmmədli