Rusiyanın siyasi və hərbi elitasını əsəbləşdirən hadisə baş verib...

Belə ki, bu gün Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden və Ukrayna Prezidenti Volodimir Zelenski arasında Kiyevin Mixaylovski kilsəsində görüş keçirilib. Tezadlar.az CNN-ə istinadla xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Məlumata əsasən, Zelenski amerikalı həmkarını ilk öncə Mixaylovsk meydanında qarşılayıb. ABŞ lideri həyəcan siqnalı altında müharibədə həlak olan Ukrayna müdafiəçilərinin xatirəsini yad edib. Hazırda ABŞ-ın strateji kəşfiyyat aviasiyasının təhlükəsizliyi qorumaq məqsədilə Polşa ilə Ukraynanın sərhədləri boyu uçuşlar etdiyi bildirilir. Birləşmiş Ştatların Prezidenti Cozef Bayden bildirib ki, ABŞ Ukraynaya 500 milyon dollar məbləğində əlavə yardım paketi təqdim edəcək.

Rusiya KİV-lərində, xüsusən də "Rossiya24"də bu səfərlə bağlı qızğın müzakirələr gedir. Ekspertlər Baydenin bu səfərinin Rusiya ilə Ukrayna arasındakı gərginliyi daha da artıqracağını deyirlər... Əslində isə, gərginlikdən yox, indi müharibədən, özü də Rusiyanı pis vəziyyətə salan müharibədən söhbət gedir.

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN