…Son zamanlar müstəqil Azərbaycan dövlətinin  suverenlik hüquqlarına, beynəlxalq aləmdə artan nüfuzuna, Azərbaycanda vətəndaşların təhlükəsizliyinin təmin olunmasına, azad bazar iqdisadiyyatının inkişafına, daha çox da 44 günlük müharibədə qazanılan zəfərdən sonra Fransa dövləti Azərbaycana qarşı qısqanclığını gizlədə bilmir. İşğalçı tərəf kimi tanınan Ermənistanın Beynəlxalq hüququn prinsiplərinə açıq-aşkar zidd hərəkətlərinə havadarlıq edir. Fransa bölgədə işğalçılğı, seperatizmi və terrorçuluğu müdafiə edir. Ərazisində korsikalıların hüquq və azadlıqları ilə bağlı tələblərini zorakılıqla rədd edir. Vəziyyət artıq nəzarətdən çıxıb. Tarixə baxaq: Versal müqaqviləsindən sonra Korsika Fransanın tabeliyinə keçib və 1796-cı ildə ölkəyə birləşib. (1764-cü ildə imzalanmış Kompyen Konvensiyası və ondan 4 il sonra Versal müqaviləsi imzalanıb) 305 mindən bir az çox əhalisi var. Korsika Aralıq dənizində bir adadır. 1970-ci ildən başlayaraq müstəqillik uğrunda tələblərini bəyan edirlər. Bu prosesdə Korsikanın milli Azadlıq Cəbhəsinin fəallığı diqqət çəkir. Korsika 2014-cü ilə qədər öz müstəqilliklərini əldə etmək məqsədilə bir neçə dəfə Fransa dövlətinə qarşı silahlı müqavimət göstərib. 1975-ci ildən 1997-ci ilə qədər Korsikada siyasi və ictimai xadimlərə,  diplomatlara, millət vəkillərinə və digər rəsmilərə qarşı 8000 dəfə sui-qəsd baş tutub. Məsuliyyət isə Korsikanın Milli Azadlıq Cəbhəsinin üzərində olduğu vurğulanır. Korsikalılar- Milli Azadlıq Cəbhəsinin fəaliyyətini belə izah edirlər: “Korsikalılar Fransız deyillər, onlar fərqli dilə, mədəniyyətə və ənənələrə sahibdirlər. Fransa dövləti isə Korsikanı koloniya şəklində idarə etmək istəyir.”

Korsika Fransanın ən yoxsul bölgəsidir. Əhalinin tələbi isə Beynəlxalq hüququn prinsiplərinə uyğundur. Onların istəyi və tələbi:

-Müstəqillik verilsin və ya muxtariyyət genişlənsin; siyasi məhbuslara amnistiya elan edilsin.

-Fransa Konstitusiyasında Korsikaya ayrıca yer verilsin. Korsika dilinin Fransız dili ilə eyni statusa malik olması imperativləşsin. (Bu çağırışa görə siyasi məhbusa çevrilən fəalların azadlığa buraxılmasına iqtidar “yox” cavabı verib.Red.); Korsika adasında mülk sahibi yalnız adada yaşayanlara verilsin.

korsika-1-1

Hazırda Fransa mediası Makron hakimiyyətini buna görə sərt tənqid edir. “Media Part” yazır ki, Prezident Makronun məsələyə yanaşması qüsurludur: ”Əvvala, ona görə ki, millətçilərin tələbi illərdir bilinsə və hətta seçkilərdə təsdiqlənsə də, hökumət konkret həll yolu tapmaq istəmir, vaxtı uzadır. Hökumət özünü ayağından vurur.”

“Le Monde” qəzeti isə yazır ki, korsikalıların hüquqlarını heçə sayan hökumət başqa ölkələrdə eyni iddialı ideyalara dəstək verir! Maraqlısı odur ki, Fransa hakimiyyəti korsikalıları ölkəni bölməkdə ittiham edir. Amma Fransa dövləti dünyanın bir sıra bölgələrində separatizmə dəstək verir. Rəsmi Parisin bir müddət əvvəl Qarabağdakı seperatçılara və terrorçulara dəstək xarakterli bəyanatlarla çıxış etməsi ikrah doğuran nümunələrdəndir. Məsələn, 2020-ci ilin 28 noyabrında Senatın erməni diasporunun və lobbisinin təsiri ilə “Dağlıq Qarabağ”  Respublikasının tanınmasının zəruriliyinə dair 145 saylı qətnamə 25 noyabrda qəbul edilib. Təbii, bu qətnamə heç bir hüquqi qüvvəsi olmayan kağız parçasından başqa bir şey deyildir, amma bu separitizmə açıq aşkar dəstək idi.

***

Seperatizm Avropanın siyasi lokomativi adlandırılan Fransa tərəfindən dəstəklənir. Bilavasitə Makron tərəfindən havadarlıq edilən “status” məsələsi Qarabağa yox, Korsikaya son dərəcə vacibdir- “Xalqların öz müqəddəratını sərbəst təyin etmək hüququ“ Korsikada  reallaşmalıdır, Qarabağda yox!

Polise.az analitik qrupu

(Məxsusi olaraq "Təzadlar" üçün)

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN