ABŞ-ın Gürcüstanın 4 hakiminə sanksiya tətbiqi qalmaqala səbəb olub...
Belə ki, "Hakimlərə hər cür müdaxilə və ya təsir yolverilməzdir - mən onların hər birinə tam dəstək ifadə edirəm", -deyən baş nazir İrakli Qaribaşvili Ali Məhkəmədə Ali Ədalət Şurasının üzvləri ilə görüşdən sonra belə deyib: “İctimaiyyətə məlumat vermək istəyirəm ki, Nino Kadaqidze ilə, hakimlər və Ali Ədliyyə Şurasının üzvləri ilə görüşüm baş tutdu. Mənim əsas mesajım belədir. Hökumətin başçısı və hakim partiyanın nümayəndəsi kimi bütün hakimlərə tam dəstək ifadə edirəm. Bizim hakimiyyətimiz dövründə məhkəmə müstəqil olub, istər daxili, istərsə də xarici müdaxilələrdən azad olub. Təbii ki, hakimlərə hər hansı müdaxilə və ya hər hansı təsir yolverilməzdir. Bu, bizim hamımız üçün, xüsusən də suveren ölkənin suveren məhkəməsi və hakimləri üçün qətiyyən qəbuledilməzdir. Hörmətli hakimləri hərtərəfli dəstəyimizdən əmin etdim. Məhkəmənin müstəqilliyini, məhkəmə azadlığını hər hansı müdaxilədən, təzyiqdən qorumaq üçün əlimizdən gələni edəcəyik".
ABŞ dövlət katibi Entoni Blinken Gürcüstanın məhkəmə sistemində yüksək vəzifələr tutan 4 məmura qarşı sanksiyaların tətbiq edildiyini açıqlayıb. Bu isə Gürcüstanda narazılığa gətirib çıxarıb. Ölkənin siyasi hakimiyyəti də başa düşür ki, bunların hamısı Saakaşviliyə görədir. Nə qədər ki, o, həbsdə qalacaq, belə sanksiyalar qaçılmaz olacaq.
A.Məmmədli