ABŞ Maliyyə Nazirliyi Rusiya Federasiyasına qarşı tətbiq edilən sanksiyalarla bağlı Ermənistan tərəfinə xəbərdarlıq edib.
Tezadlar.az Azadlıq Radiosu-na istinadla bildirir ki, söhbət Rusiya qarşı tətbiq edilən sanksiyalardan yan keçmək cəhdindən gedir. Hansı ki, ABŞ Maliyyə Nazirliyinin yaydığı bəyanata əsasən, Amerikanın maliyyə nazirinin birinci müavini Adevale Adeyemo Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan ilə görüşüb. Onlar Ermənistandakı son iqtisadi hadisələri müzakirə ediblər. Adeyemo həmçinin ABŞ-ın Rusiyaya qarşı sanksiyaları və ixrac nəzarətindən yayınmasının qarşısını almaq üçün Birləşmiş Ştatların qlobal səylərinə diqqət çəkib. ABŞ Ermənistan şirkətlərinə qarşı ixrac məhdudiyyətləri tətbiq etmişdi. Məhdudiyyətlər Rusiya hərbi-sənaye kompleksini dəstəkləmək üçün ixrac nəzarətindən yan keçməklə ABŞ istehsalı məhsulların alınması cəhdləri ilə əsaslandırılıb.
Təbii ki, baş verənlərin qaynağı Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsidir. Nə qədər ki, müharibə dayandırılmayıb, Rusiyaya qarşı sanksiyalar davam edəcək, eləcə də Rusiyaya görə ABŞ-ın düşmən olduğu ölkələrin sayı artacaq.
A.Məmmədli