Ermənistanda Paşinyanı dəli adlandırırlar, amma düşünürük ki, bu həmişə belə deyil...
Belə ki, dünən “Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb”, -deyən Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan Milli Assambleyasında hökumət saatı zamanı həm də əlavə edib: “2007-ci ildə Madrid prinsipləri ortaya çıxdı. Müəyyən edildi ki, Qarabağın statusu hansısa mexanizmlə dəqiqləşdirilməlidir və bu statusun dəqiqləşdirilməsi mexanizminin məzmunu Azərbaycanla razılaşdırılmalıdır. Madrid prinsiplərindən sonra Ermənistan tərəfinin “möhtəşəm” diplomatiyası nəticəsində Azərbaycan Qarabağın öz müqəddəratını təyin etməsində başlanğıc nöqtəyə çevrilib”.
Paşinyan onu da deyib ki, Madrid prinsiplərinə görə, Ermənistan Respublikası Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb: “Bu faktın üstündən keçə, ondan yayına bilərik, amma bu gün məhz onun “bəhrəsi”ni görürük”. Ermənistan baş naziri 2018-ci ilin may ayından bu yana bu barədə açıqlama verməmələrini hökumətinin səhvi olduğunu vurğulayıb: “Hansısa yolla bu tələdən çıxa biləcəyimizi və ya heç olmasa bu tələdən çıxmağa töhfə verəcəyimizi düşündük. Ancaq tələ beynəlxalq səviyyədə razılaşdırıldığı üçün biz bunu edə bilmədik”.
Bəli, Ermənistanı dinc dayanmağa qoymayan Fransa guya özünü bu ölkənin himayəçisi kimi göstərir, amma dünya bilir ki, Ermənistanın Rusiya ilə yüz illərdir rəsmi "kəbini" var. Rusiya əvvəlcə Ermənistandan imtina etməlidir, sonra Fransa özü bilər. Sitatın sonu...
A.Məmmədli