Dnepr çayı üzərindəki körpünün partladılması ətrafında dünyəvi qalmaqalın davam etdiyi bir vaxtda Ukrayna ordusunun Krıma daxil olması barədə rəsmi Kiyevdən sensasion iddialar ortaya çıxıb...

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, belə bir iddia ilə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (BKİ) sözçüsü Andriy Yusov adı çəkilən nəşrə müsahibəsində deyib. Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovun “Ukrayna Silahlı Qüvvələrinin Krıma 2023-cü ilin yazının sonuna kimi daxil olacağı” barədə tez-tez təkrarlanan sözlərinə münasibət bildirən Yusov əlavə edib: "Biz ssenarilərdən danışırıq və aydındır ki, ssenarilər fərqli şəkildə istifadə oluna və düzəldilə bilər. Bu, bukmeker kontorunda mərc və ya divarda yırtılan təqvimdən deyil... Əlbəttə, düzəlişlər baş verir, lakin ümumi vəziyyət və ümumi qiymətləndirmə dəyişməz olaraq qalır: Ukrayna, şübhəsiz ki, Krımı qaytaracaq”.

Rusiya mediası isə bu iddialara dair Rusiya Müdafiə Nazirliyindən cavab almağa hələki tələsmir. Görünür, son vaxtlar Ukrayna ordusunun cəbhədəki fəallığı, prezident Zelenskinin dünən Xersona səfəri və s. məsələnin gercəkdən ciddi olmasına bir işarədir.

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN