Bir sıra beynəlxalq media orqanlarında Mixail Saakaşvilinin zəhərləndirilməsi barədə məlumatlar yayılmaqdadır...

Tezadlar.az "Azadlıq Radiosu" na istinadla bildirir ki, Gürcüstanın siyasi rəhbərliyi bu məlumatları qəti təkzib efib. "İddia edirdilər ki, guya biz Saakaşvilini zəhərləmişik, ona işgəncə vermişik və onu öldürürük, lakin o, hələ də sağdır və hər şey qaydasındadır", - deyən baş nazir İrakli Qaribaşvili jurnalistlərə müsahibəsində bildirib ki, Saakaşvilinin sağlamlıq vəziyyəti ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir və bu özünü Strasburq məhkəməsinin verdiyi qərarda da öz əksini tapıb. Sitat: "Məlum oldu ki, Saakaşvilinin dövründə Amerikadakı Gürcüstanın keçmiş səfiri İakobaşvili yeni lobbi şirkətlərinin axtarışına cəlb olunub. Saakaşvili lobbi şirkətləri tutub, rəsmi olaraq yalnız bir şirkətə milyon dollar ödənilib ki, bu da ölkəmizə qarşı cilovsuz, antimilli, anti-gürcü kampaniyası aparmaq üçün edilib. Guya biz Saakaşvilini zəhərləmişik. Mənim beynəlxalq platformalarda çıxıb bunları danışmağım sizin xoşunuza gəlmir. Mən bu barədə açıq danışıram. Məlumatlar yayılırdı ki, guya biz Saakaşvilini zəhərləmişik, işgəncə vermişik və onu öldürürük, lakin o, sağdır və hər şey qaydasındadır. Üzərimizə atılan bütün bu çirkablar Strasburq məhkəməsinin çox sərt qərarı ilə başa çatdı".

Maraqlıdır ki, Saakaşvilinin yaxınları və vəkilləri isı israrla bildirirlər ki, o, zəhərlənib, buna görə də səhhətində sağalma dinamikası olduqca zəifdir.

Bir sıra beynəlxalq qurumlar isə Saakaşvilinin xarici ölkələrin birində müalicəsini tələb edirlər. Ölkənin siyasi rəhbərliyi isə buna qəti şəkildə razı deyildir...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN