Priqojinin dyüşçüləri üçün hazırda Belorusda düşərgələr salınır...
Tezadlar.az "Belorus həqiqətləri"nə istinadla bildirir ki, bu arada Rusiya Prezidenti Vladimir Putin, ölkədə son günlərdə yaranmış vəziyyətlə bağlı açıqlama verib. 24News.ge xəbər verir ki, o, silahlı qiyamın təşkilatçılarını vətənə xəyanətdə ittiham edib. Dövlət başçısı “Vaqner” döyüşçülərinə müraciət edərək onları seçim etməyə, ya orduda xidməti davam etdirməyə, ya da Belarusa getməyə çağırıb.
Priqojin isə hələki seçimini rəsmən bəyan etməyib. Amma Belorus prezidenti Lukaşenko ona ciddi şəkildə təhlükəsizlik vədi verib. Dünya ölkələri isə bu qarışıq məsələni ciddi şəkildə izləyir. Hətta ABŞ hökuməti Priqojinin ekstradisiyası ilə bağlı təkliflərini də bəyan edib...
A.Məmmədli