Dünya müsəlmanları öz yerində, bəs Qurban bayramı ilə bağlı Azərbaycan müsəlmanlarını hansı ölkələrdə unutmadılar?
Gürcüstanın Baş nazir İrakli Qaribaşvili də ölkə müsəlmanlarını Qurban Bayramı münasibətilə təbrik edib. Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla xəbər verir ki, o, bu bayramın sülh, mərhəmət və xeyirxahlıq bayramı olduğunu bildirib. Baş nazirin təbrikində deyilir: “Dərin hörmət və məhəbbətlə müsəlman həmvətənlərimizi xeyirxahlığın, qarşılıqlı hörmətin, mərhəmət bayramı olan böyük Qurban bayramı münasibətilə təbrik edirəm. Gürcüstan hər zaman dinlərə hörməti və tolerantlığı ilə seçilib, bu, bizim qürurverici ənənəmizdir və həmişə də belə olacaq. Biz ölkəmizi birlikdə qururuq və gələcəkdə də quracağıq. Bir daha bütün müsəlmanları təbrik edir, hər birinə sülh və firavanlıq arzulayıram”.
Xatırladaq ki, parlament sədri Şalva Papuaşvili, Dini Məsələlər üzrə Dövlət Agentliyi, barışıq və vətəndaş bərabərliyi üzrə dövlət nazirinin Aparatı və digər bir sıra dövlət qurumları da ölkənin müsəlman icmasını təbrik edib.
Qurbanlığınız mübarək!
A.Məmmədli