Ermənistanın baş naziri Nikol Paşinyan yaxın vaxtlarda Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevlə görüş keçirəcəyini bildirib.
"Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Vaşinqtonda bu yaxınlarda keçirilən görüşündə nəzərəçarpacaq irəliləyiş qeydə alınmasa da, müəyyən irəliləyiş var. Yaxın vaxtlarda Avropa Şurası prezidentinin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan prezidenti ilə görüşməyi planlaşdırıram. Təəssüf ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin mətni hələ imzalanmağa hazır deyil. Ümid edirəm ki, qarşıdakı görüş zamanı Vaşinqtonda qeydə alınan müsbət məqamları həyata keçirəcəm", - Paşinyan Nazirlər Kabinetinin iclasında deyib.
E.ŞİRİNOV