Rəsmi Tbilisi Ukrayna hakimiyyəti tərəfindən 48 saat ərzində ölkəni tərk etmək əmri verilmiş Kiyevdəki səfiri Giorgi Zakaraşvili ilə Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvili barədə heç bir məsləhətləşmə aparmayacaq.
Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, bu barədə Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili açıqlamasında bildirib. Onun sözlərinə görə, səfir artıq Ukrayna ərazisini tərk edib və Gürcüstandadır.
Bundan əvvəl Darçiaşvili bildirib ki, rəsmi Tbilisi ənənəvi mövqeyini saxlayaraq Ukraynanın davranışlarına təmkinlə yanaşacaq və bu məsələnin müzakirəsini gələcəkdə aparılacaq ikitərəfli müzakirələrə saxlayacaq.
Belə davam edərsə, iki ölkə arasında soyuq müharibə dərinləşəcək. Hər halda, bu Gürcüstana sərfəli deyil və ortaq məxrəc tapılmalıdır.
A.Məmmədli