"Eks-prezident Mixeil Saakaşvilini cəzadan azad etmək və ya ona möhlət vermək indiki halda mümkünsüzdür".

Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Gürcüstanın ədliyyə naziri Rati Breqadze ölkənin birinci kanalına müsahibəsində bildirib. Breqadze deyib ki, buna alternativ yol hələlik yoxdur. O, həmçinin bildirib ki, həkimlərin tövsiyələrinə uyğun olaraq, məsləhət bilindiyi an, məhbus Saakaşvili cəzaçəkmə müəssisəsinə köçürüləcək. Polşalı həkimlərin yenidən Saakaşvilini ziyarət etməsi məsələsinə gəldikdə isə nazir bildirib ki, əgər yenidən polşalı həkimlərin klinikaya qəbulu məsələsi ortaya çıxsa, tibbi normalara uyğun olmayan hərəkətlərin məqsədi barədə məlumat almayana qədər müsbət qərar verilməyəcək.

Sabiq prezident Mixeil Saakaşvili 2013-cü ildə Gürcüstanı tərk edib, bundan sonra ölkədə ona qarşı 4 cinayət işi açılıb, onlardan ikisində siyasətçi qiyabi olaraq 3 və 6 il müddətinə azadlıqdan məhrum edilib. 2021-ci ilin oktyabrında eks-prezident gizli şəkildə Gürcüstana gəlsə də, saxlanılıb. 2022-ci ilin may ayında səhhəti pisləşdiyi üçün Tbilisidəki “Vivamed” özəl klinikasına aparılıb və bu günə kimi oradadır.

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN