Ədliyyə Nazirliyindən partiyanın yenidən qeydiyyatı ilə bağlı mənfi cavab aldıq.
Bu barədə Müsavat Partiyasının başqanı Arif Hacılı facebook səhifəsində yazıb. "Bizə göndərilən məktubda qeyd edilir ki, təqdim olunan 5212 nəfərlik siyahıda 2766 nəfər haqqında məlumatlar düzgün qeyd edilmədiyindən dəqiqləşdirilməlidir, 250 nəfər telefon zənginə cavab olaraq partiya üzvü olmadığını bildirib, 11 nəfər barədə məlumatlar təkrarlanıb", deyə o qeyd edib. Bütün bu problemləri həll etmək üçün partiyaya 30 gün vaxt verilir. Hacılı bildirib ki, partiya üzvləri haqqında məlumatda hansı qüsurların olması, telefon nömrəsi olmayan və ya şəxsi məlumat kimi şəxsi telefon nömrəsini verməmək hüququndan istifadə edənlərlə bağlı məsələləri hüquq müstəvisində müzakirə edib həll edəcəklər. "Bu da yetərli olmasa, daha bir neçə min Müsavat üzvünün siyahısı Ədliyyə Nazirliyinə təqdim olunacaq", deyə Müsvat Partiyasının başqanı qeyd edib. Ədliyyə Nazirliyi bundan öncə Respublikaçı Alternativ (REAL) Partiyasına eyni məzmunlu cavab verib. Azərbaycanda indiyədək 58 siyasi partiya olub. Onlardan 31-i özünü buraxdığını elan edib. Digər 28 siyasi partiya Ədliyyə Nazirliyində yenidən qeydiyyatdan keçmək üçün müraciət edib.