“Əvvəla, qeyd etmək lazımdır ki, ağlı başında və siyasi cəhətdən düzgün mətbuat İran tərəfinin qətiyyən inanılması mümkün olmayan yuxarıda qeyd olunan bildirişi, İsrail tərəfinə hansı diplomatik protokolla - şifahi nota, yazılı nota, etiraz notası, memorandum və ya rəsmi ultimatum olub-olmaması barədə məlumat vermədi.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə  rusiyalı tarixçi, tanınmış qafqazşünas alim, politoloq Oleq Kuznetsov “İran İsrailə qarşı müharibəyə başlayacaqmı və bu, Cənubi Qafqaz regionu üçün nə deməkdir?” məqaləsində qeyd edib.

Politoloq məqaləsində İsraildə və Qəzza zolağında yaşayanların milli mənsubiyyətlərindən, İranın ultimatumunun arxasında yatan səbəblərdən, müharibənin hər zaman İsrail üçün qələbə ilə sonuclanmasından və bir çox məsələlərdən bəhs edib, həmçinin İranın İsrailə hücum edəcəyi təqdirdə, bunun Azərbaycan üçün nə ilə nəticələnə biləcəyi barədə proqnoz da verib.

“... Bu cür fundamental təfərrüatlar haqqında dəqiq məlumat olmadan, məsələnin pərdəarxası dedi-qodulardan və ya İran Xarici İşlər Nazirliyinin bəyanatlarından nə qədər irəli getdiyinə dair nəticə çıxarmaq çox çətindir və hətta mümkün deyil, baxmayaraq ki, Yaxın Şərqdə, tarixin göstərdiyi kimi, diplomatik etiket xüsusi diqqətə alınmır və buna görə də həmişə orada yalnız qalib gələn haqlıdır.

HƏMAS hərəkatı məhz belə etdi, SAHAL onun hücumuna məhz belə cavab verdi. Ona görə də İran və ya İsrailin ilk dəfə deyil ki, xəbərdarlıq etmədən hücuma keçməsi mümkündür”, - Oleq Kuznetsov bildirir.

 O, İranın İsrailə hücum edəcəyi təqdirdə, özündən qat-qat üstün hərbi-texniki resurslara malik başqa bir hərbi koalisiya ilə üz-üzə gələcəyindən və ordusunun cəmi bir neçə həftəyə darmadağın ediləcəyi barədə fikrini də irəli sürür.

“Beynəlxalq münasibətlər məsələsində az-çox məlumatlı olan hər kəsə aydındır ki,  İranla müharibə vəziyyətində İsrailin arxasında ABŞ dayanacaq, çünki artıq Aralıq dənizində “Gerald Ford” və “Duayt Eyzenhauer” aviadaşıyıcılarından ibarət iki dəniz gəmisi zərbə qrupunu cəmləşdirib.

İki oxşar AZQ (Aviadaşıyıcı Zərbə Qrupu) indi Koreya yarımadasının yaxınlığında yerləşir və bir neçə gün ərzində Fars körfəzinə yaxınlaşa biləcək. Böyük Britaniya da İsraili dəstəkləmək üçün ordusunu göndərməyə hazır olduğunu açıqlayıb.

 Bundan əlavə, ABŞ coğrafi baxımdan İrana çox yaxın olan Bəhreyndə 5-ci Hərbi Dəniz Donanmasının komandanlığına da malikdir.  Həmçinin AUKUS hərbi-siyasi bloku çərçivəsində öhdəliklərlə ABŞ və Böyük Britaniya ilə bağlı olan Avstraliya da nisbətən yaxındır.

Ona görə də İsrailə hücum edəcəyi təqdirdə, rəsmi Tehran ABŞ-ın 1950-1953-cü illər Koreya müharibəsindən bəri sevdiyi kimi, qat-qat üstün hərbi-texniki resurslara malik başqa bir hərbi koalisiyaya qarşı çıxacaq.

 İranın məğlubiyyətə uğramasına isə bir neçə həftə lazım olacaq.

Hadisələrin inkişafından da göründüyü kimi, sağlam düşüncəyə malik heç bir insanın Qəzza zolağında HƏMAS-ın başına bunun necə gələcəyinə şübhəsi də yoxdur”,- politoloq deyir.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN