İndi məqalənin başlığında verilən suala cavab vermək qalır: İran və İsrail arasında müharibə Cənubi Qafqaz regionuna necə təsir edəcək?

TEZADLAR.AZ xəbər verir ki, bu barədə  rusiyalı tarixçi, tanınmış qafqazşünas alim, politoloq Oleq Kuznetsov “İran İsrailə qarşı müharibəyə başlayacaqmı və bu, Cənubi Qafqaz regionu üçün nə deməkdir?” məqaləsində qeyd edib.

Politoloq məqaləsində İsraildə və Qəzza zolağında yaşayanların milli mənsubiyyətlərindən, İranın ultimatumunun arxasında yatan səbəblərdən, müharibənin hər zaman İsrail üçün qələbə ilə sonuclanmasından və bir çox məsələlərdən bəhs edib, həmçinin İranın İsrailə hücum edəcəyi təqdirdə bunun Azərbaycan üçün nə ilə nəticələnə biləcəyi barədə proqnoz da verib.

Politoloq diqqətə çatdırıb ki, İran Ermənistanı və Zəngəzur dəhlizini qorumaq bəhanəsi ilə sərhədə qoşun yığıb.

“İran hazırda Azərbaycan və Ermənistanla sərhəddə sonuncunun ərazi bütövlüyünü qorumaq və onun ərazisindən Azərbaycan və onun eksklavı Naxçıvan arasında Zəngəzur dəhlizinin açılmasına mane olmaq bəhanəsi ilə 150 ​​minlik hərbçi qrupunu cəmləyib.

Əgər İran HƏMAS-ın qalıqlarının müdafiəsi üçün silahlı qarşıdurmaya girərsə, o zaman bu qruplaşma İsrail və onun müttəfiqləri tərəfindən real döyüş effektivliyini itirmək perspektivi ilə hücumların hədəfinə çevriləcək.

Və o zaman Naxçıvana gedən nəqliyyat dəhlizinin taleyi Azərbaycan üçün asan və sadə həll olunacaq: ağacı silkələməyə ehtiyac qalmayacaq, meyvənin özü onun əlinə düşəndə, davam etmək kifayət edəcək”, - deyə sonda Oleq Kuznetsov nəzərə çatdırır.

 Sonda: ultimatum haqqında yazan məlumat mənbələri artıq bildiriblər ki,  İranın BMT-dəki nümayəndəliyi İsrailin İrana zərbə endirmədiyi təqdirdə HƏMAS-ın işini bitirməsinə mane olmayacağını bəyan edib...

 Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN