Pakistan hökumətinin keçmiş rəhbəri, (Ədalət Uğrunda Hərəkat müxalifət partiyasının sədri İmran Xanın dövlət sirlərini açıqladığı sübut olunarsa, siyasətçi ömürlük həbs və ya ölüm cəzası ilə üzləşə bilər.

Tezadlar.az Trt- Haber-ə istinadla bildirir ki, bu barədə İslamabad Ali Məhkəməsində keçirilən dinləmə zamanı xüsusi dövlət ittihamçısı Raca Rizvan Abbasi deyib. O bildirib ki, İmran Xan çox mühüm məlumatları açıb: “İmran Xan şifrlənmiş çox məxfi məlumatları açıqlayıb və “Dövlət sirləri haqqında” qanunun 5-ci maddəsinə əsasən, o, 10 ildən çox müddətə azadlıqdan məhrumetmə, ömürlük həbs və ya ölüm cəzasına məhkum edilə bilər”, – deyə Abbasi vurğulayıb. Məlumata əsasən, Pakistanın dövlət sirrinin pozulması ilə bağlı işlərə baxan Xüsusi Məhkəməsi oktyabrın 17-də Xana qarşı rəsmi ittihamlar irəli sürəcək. Bu işdə təqsirləndirilən digər şəxs isə partiyanın sədr müavini, keçmiş xarici işlər naziri Şah Mahmud Qureyşidir.

Ölkə müxakifəti isə bu qərara sərt reaksiya verib. Beynəlxalq insan haqları təşkilatları da bununla bağlı mövqeyini ortaya qoyub...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN