Savaş yəhudi xalqının iradəsi deyil

“... Xəlbir ələkdən soruşur: “Sənin gözlərin niyə belə kiçikdir?”

Ələk cavab verir: “Sənin gözlərinin seçə bilmədiklərini tutub sağlamaq üçün”.

...Orta doğuda hüceyrələrin oyandırılıb, aktivləşdirilmiş gərginlik prosesi... QLOBAL SINAQ... Fərqli şüurların mübarizəsi, qarşıdurması. Ölüm, göz yaşı və qan!

 ÖZÜNÜ TANIMAYAN, ALLAHINI TANIMAZ,

QANIMI İÇMƏ QARDAŞ, BƏDƏNİMDƏ QANIM AZ...

BİZ SAF-ÇÜRÜK  EDİRİK, LAZIMSIZI YIXIRIQ,

BARIŞ ÜÇÜN SAVAŞA QƏBİRDƏN DƏ ÇIXIRIQ!

Ən yeni dünya tarixi

Orta Doğudan  yazılır...

 XXX 

İSRAİL!  Artıq çoxdan onun narahat əhatəsi ondan xeyli asılı əhatəyə çevrilib. Onlar onları qərəzlə arzulamayanları fərqli vasitələrlə passivlik içində saxlamağa dünya miqyasında qadirdir...

Misilsiz zülmə tarixin alt qatlarında uğraya-uğraya, soyqırımlara məruzluqla nəinki doğma torpaqlarından qovulan, hətta üz tutduqları əksər diyarlardan da qovulan toplumun sağ qalmaq üçün bütün vasitələrdən istifadə haqqı məhz özünə aid olur. UZAQGÖRƏNLİKLƏ ÖNCƏDƏN ÖZÜNÜMÜDAFİƏ YARADAN TƏDBİRLƏR SEÇKİNLİYİN ÖZƏLLİYİNƏ XASDIR.

Toplumun, xalqın daxili, iç aləmi nə qədər zəngin, idrakı nə qədər genişdirsə, özünüifadə və özünümüdafiə üsullarını da o qədər çox  və asan tapır. Bir şərtlə ki, bu yolda  mübarizə ardıcıl ola!

İstəməklə istəyə çatmaq arasında uyğunluq olmalıdır. Uyğunsuzluq keçməz. Qeyri-adi bir istəyi adiliklə istəmək  uzlaşmaz. Uğuru şərtləndirən gərəkləri, bədəlləri əvvəlcədən ödəyərək istəyə, uğura zəmin hazırlamaq şərtdir.

Babalar, atalar öz aktivliklərinin fədakarı, vacibsə qurbanı olmaq istəməyəndə - övladlar onların passivliklərinin qurbanı olur.

...Musa Peyğəmbər, Həzrəti Davud, oğlu Süleyman Peyğəmbər və başqa yəhudi  Peyğəmbərlər silsiləsi... ÖLÜMSÜZLƏR! Onlar öz zamanlarından gələcəklərə işıq tutub yolu göstərdi. Allahdan gəlib yəhudiliyi onlarla ananlar az deyil.

HEYHAT! İndi yəhudiliyə Orta Doğu gərginliyindən baxıb içlərini yəhudi dünyasının üzərinə qusanlar, dişlərinin dibindən çıxanları deyənlər artıb... Təbiidir!

Ancaq, kim deyir ki, bu proses həm də bir təbiilik testi deyil... Təsadüfi heç nə yox həyatda. QINAMAQDAN ÖNCƏ ANLAMAQ YAXŞIDIR.

Müəyyənləşdirilmiş və gözlənən nəticələrə gətirib çıxaracaq fərqli gedişlər kombinasiyalarından ibarət müharibə oyunu. Hazırkı təsnüfatlaşdırılma mərhələsi fərqli sahələrdə ixtisarlarla müşayiət olunacaq. KÖHNƏLİKLƏ YENİLİYİN ARASINDAKI  GƏRƏKSİZLİK,  LAZIMSIZLIQ  SIXIŞDIRILACAQ.

...Böyük oyunlardakı münasibətlər oyunçuların bir-birini məmnuniyyətlə tamamlamasına əsaslanır. Bu əsaslanmada şərt-şəraitə görə əks tərəfə edilən güzəştlər, sadəcə, “dekorativ bəzəkləri” xatırladacaq. Bu təhlükələrdən qaçmaq təşəbbüslərində olanlar üçün illüziya effektlidir. Ümidləri qırmaq yaxşı deyil, ancaq neyləməli ki, bəzi həqiqətlər acı olur.

BU ELƏ BİR QLOBAL DÜNYA

OYUNUDUR Kİ, MƏNŞƏYİNDƏ

İNSANLIQ DEYİL, İNSANLIĞIN İMİTASİYASI DAYANIR...

 

Bu gerçəklik də gedişata nəzarət edən tərəflərə daha çox manipulyasiya imkanları yaradır. Hazırkı mərhələdə əsas məqsəd situasiyanı öz xeyrinə saxlamaq və ya dəyişmək təşəbbüsləri ilə xarakterikdir. Əslində bütün oyunların nəticəsi təşəbbüsün və nəzarətin kimdə olmasından asılı olur.

İsrail Allahla və ya mələyi ilə güləşən (hətta məcazı mənada olsa da qalib gələn) anlamındakı sözdürsə... ONA QALİB GƏLMƏK İMKANI  QUMARDA HƏVƏSKAR OYUNÇULARIN PEŞƏKARLARI MƏĞLUB ETMƏK ŞANSI QƏDƏRDİR.

Tarixən professionallar beynəlxalq qanunlarla toqquşmadan və dünya xalqlarının qınamalarından, məzəmmətindən qaçmaq üçün tədbir görüb işə başlar. Orta Doğuda bunun bir az da əksi göründü. Nədən?

BƏŞƏRİYYƏTİN ÖZÜNƏ GÜVƏNMƏMƏSİ - İSRAİLİN ÖZGÜVƏNİNİ QÜVVƏTLƏNDİRİR. Bəşəriyyətin məlum gərginlikdə özgüvənini zəiflədən nədir?

50-DƏN ÇOX DÖVLƏTDƏN İBARƏT ƏRƏB DÜNYASININ DÜNYADAN NƏ İSƏ GÖZLƏMƏSİNDƏN ÖNCƏ ƏSAS OLAN DÜNYA XALQLARININ

ONLARDAN FƏLƏSTİN ÜÇÜN

NƏLƏRİSƏ GÖZLƏMƏSİNDƏKİ

XƏYAL QIRIĞLIĞI...

 Dərketmə, idrak keçmiş və gələcəklə yox, indiki zamanla və reallıqla yanaşma tələb edir.

İslamiyyətə sadiq olmayanların  natamamlıq kompleksi islam, ərəb dünyasını əzikliyə vərdiş etdirib. Fələstin yaşantıları öncə ərəb dünyasının təslimiyyətindən gəlir. Hər iki tərəfi qane edəcək anlaşma istər-istəməz olacaq. Əsas məsələ problem deyil, problemdən xilas olmaqdır. İsrail dünya miqyasında daha çox psixolojı təzyiqə məruz qalmaq istəməz. Əslində fələstinlilərin haqqının tanınması yəhudiliyə yeni dünya sayğısını da artırmış olacaq. F.Niştse dəqiq deyib: “İNCİDİB BAĞIŞLAMAQ DA BİR NƏCİBLİKDİR”.

Əlbəttə, HƏMASIN cəzasız qalması İsrailin  həyatı mövqeyinə və düşüncəsinə potensial təhdid kimi qavranılmaqda davam edəcək. Bu, həm də fərqli örgüdlərin Fələstin xalqının taleyi ilə oyunlara təsir göstərəcək.

HƏMAS islamı bütünlüklə təmsil etmədiyi kimi, Qəzzadakı bombadırmalar da bütövlükdə yəhudi xalqının iradəsini əks etdirmir. Dünya yəhudilərinin fərqli kəsimləri bu bombardımanlara sərt etiraz səslərini Amerika başda olmaqla  dünya məntəqələrində ucaltmaqda davam edirlər.

ÜÇ DİN  ÖZ YERİNDƏ - QÜDS MÜQƏDDƏSLİYİN MÜQƏDDƏSİ OLARAQ XÜSUSƏN YƏHUDİLİYİN ENERJİ MƏRKƏZİDİR. Gərçəkdə nə olduğuna dair ən önəmli gerçəkdir bu... Nə isə! FƏLƏSTİN BEYNƏLXALQ PROBLEMİN PREDMETİNƏ ÇEVRİLDİYİNƏ GÖRƏ ÇÖZÜM OLACAQ. Fərqli baxışlardan asılı olmayaraq.

Yəhudilik naminə hətta dünya nifrətini də üzərinə çəkməyə hazırlığını sərgiləyən insan - NETANYAHU.

***

 

22c2c28a-5b3f-423e-95f7-754360834092TÜRKİYƏ CÜMHURİYYƏTİ - 100

 Azərbaycanlı dünya şairi Hüseyn Cavidin misralarıdır:

 “KƏSSƏ HƏR KİM TÖKÜLƏN QAN İZİNİ,

QURTARAN DAHİ ODUR YER ÜZÜNÜ”.

Sevgili şairimizin bu qənaət izlərini xeyli araşdırandan sonra bu əminliyə qəldim ki, söz Atatürkü isnad verir. Bütün gəlmiş-getmiş böyük türk atalarını özündə cəmləyən, birləşdirən ölümsüz varlıq - ATATÜRK.

“...Dünya hökmranlığının astanasına gələn qlobalizmi  geri oturmağa dünyanın birləşmiş  gücü yoxdur. Müqavimət göstərilən yerlərdə qırğınlar, böhranlar artacaq və nəticə istər-istərməz qlobalizmin xeyrinə olacaq. Çünki bu dünya  hökmranlığının 50-100 illik strategiyası deyil, bu yolda azı yüz trilliyonlarla pullar xərclənib və xərclənəcək. Fərqli üstünlüklər də qlobalizmin tərəfindədir. Yaxşısını Allah bilər!”.

“Uzaqları yaxından görənlər” (Yəhudilər), Nizami Süleymanoğlu. Bakı - 2015, səh. 139.

NƏDİR UZAQGÖRƏNLİK, ZAMANI QABAQLAMAQ,

İNDİNİ, GƏLƏCƏYİ KEÇMİŞLƏRDƏN OVLAMAQ.

DÜNYA PROSESLƏRİNİ YÖNƏLTMƏK, CİLOVLAMAQ,

MÜSTƏSNA SEÇKİNLİYƏ MƏXSUS OLAN HÜNƏRDİR,

BƏŞƏRİYYƏT BİLİR Kİ, ONLAR YƏHUDİLƏRDİR.

P.S.: SEVGİLƏRLƏ QALIN!

 Nizami Süleymanoğlu

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN