"Əsrlərdir ki, biz Rusiyanın təcavüzünü dəyişməz olaraq izləyirik, Rusiyanın siyasətinə cavabımız yalnız birdir - bu Avropadır, sülhdür".

Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki,  bu barədə prezident Salome Zurabişvili Orbeliani sarayında keçirdiyi brifinqdə bildirib. Prezident rus işğalçıları tərəfindən Kirbali kəndi yaxınlığında öldürülən Gürcüstan vətəndaşı Tamaz Qinturinin ailəsinə başsağlığı verib. “Mən Tamaz Qinturinin ailəsinə və bütün Gürcüstana başsağlığı verirəm. Rusiyanın əsrlərdir vətəndaşlarımızı bizim ərazilərimizdə öldürmək, oğurlamaq siyasəti bitmir. Buna Rusiyanın "sülhsevər siyasəti" deyirlər. Doğrudan da, biz əsrlərdir Rusiyanın təcavüzünü, Rusiyanın anonslarını, birtərəfli münasibət sərgiləməsini görürük. Rusiyanın siyasətinə cavabımız yalnız birdir - bu cavab Avropadır, sülhdür. Bizim gələcəyimiz tərəfdaşlarımızladır və Avropadadır”, - deyə Salome Zurabişvili vurğulayıb.

Prezident həmçinin sabah saat 20:00-da hər kəsin ölkənin Avropa gələcəyinə dəstək vermək üçün toplaşacağını bildirib. "Sabah Avropa Komissiyası Gürcüstanla bağlı rəy verəcək. Düzdür, bu hələlik yekun nəticə deyil. Sabah, noyabrın 8-i, saat 20:00-da böyük tədbir və böyük konsert planlaşdırırıq. Hamımızın iştirak edəcəyi böyük imza kampaniyasına başlamaq üçün toplaşacağıq. Cəmiyyətimiz bu gün həmrəy olmalıdır”, - deyə prezident əlavə edib. Məlumat üçün bildirək ki, noyabrın 6-da rus işğalşıları Qori bələdiyyəsinin Kirbali kəndi yaxınlığında Gürcüstan vətəndaşını öldürüblər, digər bir nəfəri isə qanunsuz olaraq həbs ediblər.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN