İsrailin Moskvadakı səfiri Aleksandr Ben Zviyə məlumat verilib ki, İsrail rəsmi nümayəndələrinin Rusiya əleyhinə bəyanatları qəbuledilməzdir.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Solovyov Live”-in efirində bildirib.

“İsrailin rəsmi nümayəndələrinin Rusiya ilə bağlı səsləndirdiyi bəyanatlara gəlincə, bu, qəbuledilməzdir və bu barədə İsrailin Moskvadakı səfiri məlumatlandırılıb”, - diplomat bildirib.

Bundan əvvəl İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan “Ynet”-ə müsahibəsində Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzinin insan haqları və beynəlxalq hüquqla bağlı İsrailə ünvanladığı bəyanatları “gülünc” adlandırıb və digər sərt açıqlamalar da verib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN