Rusiyanın bütün narahatlığına və narazılığına baxmayaraq Gürcüstan NATO-ya doğru addım-addım irəliləyir...

Tezadlar.az Beynəlxalq Respublikaçılar İnstitutunun (IRI) apardığı sorğunun nəticələrinə istinadla bildirir ki, ölkə əhalisinin 86%-i ölkənin Avropa İttifaqına, 79%-i isə NATO-ya üzv olmağını dəstəkləyir. Sorğunun nəticələrinə görə isə, respondentlərin 86%-i Gürcüstanın Avropa İttifaqına (bunlardan 73%-i tam, 13%-i qismən), 79%-i isə NATO-ya üzvlüyünü dəstəkləyir (bundan 65%-i tam, 14%-i isə qismən). Avropa İttifaqına daxil olmağın əsas üstünlükləri arasında 45% iqtisadiyyatın güclənməsini, 14% təhlükəsizlik, 14% ölkənin inkişafı, 8% isə bunun daha yaxşı gələcək vəd etdiyini bildirir.

Avropa İttifaqına daxil olmaq üçün əsas maneələr arasında respondentlərin 27%-i Gürcüstanda siyasi qeyri-sabitlik məsələsini, 17%-i Gürcüstan daxilində müqaviməti, 13%-i Gürcüstanın assosiasiya sazişinin şərtlərini yerinə yetirməməsini, 11%-i Aİ ölkələrinin müqavimətini, 6%-i isə Rusiyanın müqavimətini göstərir. NATO-ya gəlincə, Şimali Atlantika Alyansına qoşulmağın əsas üstünlükləri arasında respondentlərin 47%-i təhlükəsizliyi, 17%-i müdafiəni, 13%-i iqtisadiyyatın gücləndirilməsini, 6%-i ölkənin inkişafını, 5%-i sabitliyi/sülhü qeyd edir. NATO-ya üzv olmaq üçün əsas maneələr arasında respondentlərin 27%-i Rusiyanı, 20%-i işğal olunmuş ərazilərin statusunu, 14%-i Gürcüstandakı siyasi qeyri-sabitliyi, 11%-i Gürcüstan daxilindəki müqaviməti, 7%-i NATO ölkələrinin müqavimətini qeyd edir.

Bildirək ki, sorğu 2023-cü il sentyabrın 14-dən oktyabrın 14-dək Beynəlxalq Respublika İnstitutu Araşdırmalar Mərkəzi adından Baltikyanı Tədqiqatlar və Gelap Təşkilatının nümayəndəsi doktor Rasa Alishauskine tərəfindən aparılıb. Sorğuda səsvermə hüququna malik 1200 respondent iştirak edib.

Rusiyanın bəzi informasiya resursları isə bu barədə narahatlıqla yazırlar. Məsələ ondadır ki, Gürcüstanda bütün təbəqələr Rusiyanın 2014-cü ildən bəri olan işğalçılığından müdafiədə yeganə çıxış yolunu NATO-ya üzv olmaqda görür... Rusiya isə bütün səylərini bu üzvlüyün qarşısının alınmasına səfərbər edib... Ukrayna, Moldova və Gürcüstan bu üzvlüyün ağrısını çəkməkdədir... 

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN