Azərbaycan Milli Məclisinin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Fransa Senatının qətnaməsinə cavab olaraq bəyanat qəbul edib və Parisə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

Tezadlar.az xəbər verir ki, bəyanat parlamentin saytında dərc olunub.

“Fransa hökumətinin apardığı anti-Azərbaycan siyasətinə, o cümlədən Fransa parlamentinin hər iki palatasında ölkəmizə qarşı qəbul edilmiş qətnamələrə görə iki ölkə arasında münasibətlər tarixin ən aşağı səviyyədədir və faktiki olaraq dayandırılmış hesab edilə bilər”, - bəyanatda deyilir.

Komitə Azərbaycan hökumətini Fransaya qarşı sanksiyalar tətbiq etməyə, Fransa rəsmilərinin respublikadakı hər hansı aktivlərini dondurmağa, bütün iqtisadi əlaqələri dayandırmağa, bütün Fransa şirkətlərini, o cümlədən neft-qaz şirkəti “Total”ı ölkədən çıxarmağa çağırıb. Bundan əlavə, Azərbaycan Xarici İşlər Nazirliyinə Korsikanın müstəqilliyinin tanınması istiqamətində addımların atılması barədə göstəriş verilməsi təklif olunur.

​​​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN