Azərbaycanın II Qarabağ müharibəsi ilə işğal altındakı torpaqlarını azad etməsi və Qarabağda 19-20 sentyabr 2023-cü il tarixlərində həyata keçirdiyi antiterror tədbirləri ilə bütün ölkədə suverenliyini bərpa etməsi nəticəsində regionda daimi sülh və sabitliyin bərqərar olması üçün tarixi fürsət yaranıb.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin aprelin 5-də Brüsseldə keçiriləcək Ermənistan-ABŞ-Aİ üçtərəfli görüşünə dair bəyanatında deyilir.

Qeyd edilib ki, bu tarixi fürsətin uğurla nəticələnməsinə çox yaxın olduğumuz bir dönəmdə üçüncü tərəflərin, xüsusən də qeyri-regional aktorların prosesə ədalətli və qərəzsiz yanaşması və prosesə zərər vurmamaq üçün ehtiyatlı davranması daha önəmlidir:

"Bu kontekstdə 5 aprel 2024-cü ildə keçirilməsi planlaşdırılan Ermənistan, Aİ və ABŞ arasında üçtərəfli görüşün regionda mürəkkəb problemlərin həlli üçün əsas götürülməli olan neytrallıq yanaşmasına xələl gətirəcəyini açıq şəkildə ifadə etmək bizim borcumuzdur.

Azərbaycanı istisna edən bu təşəbbüs sülhə xidmət etməkdənsə, Cənubi Qafqazın geosiyasi münaqişələr meydanına çevrilməsinə zəmin yaradacaq.

Üçüncü ölkələri proses kontekstində atacaqları addımlarda regionun parametrlərini nəzərə almağa və tərəflərə bərabər məsafədən yanaşma çağırışımızı bir daha təkrar edirik.

İnanırıq ki, Cənubi Qafqaz regionda bərqərar olacaq daimi sülh və sabitlik əsasında yüksələcək və layiq olduğu regional rifaha nail olacaq.

Türkiyə həmişə olduğu kimi bu məsələdə üzərinə düşəni etməyə davam edəcək və Azərbaycanla Ermənistan arasında daimi sülhün əldə olunması üçün tarixi fürsətdən istifadəni təşviq etməyə davam edəcək".

Qeyd edək ki, aprelin 5-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyanın Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və ABŞ dövlət katibi Antoni Blinkenlə görüşü keçiriləcək.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN