"Parlamentdə gedən müzakirə bir daha təsdiqlədi ki, opponentlərin layihəyə qarşı arqumentləri yoxdur, qanun Avropanındır - şəffaflıq heç kimə qarşı yönələ bilməz".

Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, bu sözləri Baş nazir İrakli Kobaxidze mətbuat konfransı zamanı səsləndirib. Onun sözlərinə görə, amerikalı və avropalıların bəyanatlarında sıfır arqumentasiya görünür: "Arqumentsiz bəyanatlar qərarımıza yenidən baxılması üçün əsas ola bilməz. Parlament ekspertizası bir daha təsdiqlədi ki, layihənin əleyhdarlarının qanun layihəsinə qarşı heç bir arqumenti yoxdur. Əslində qanun Avropanındır, çünki əsas Avropa dəyərlərindən birinə, yəni şəffaflıq və hesabatlılığa əsaslanır. Həmçinin, Avropa qanunu ilə yanaşı, dövlətçiliyimizin əsas prinsipini - Gürcüstanın milli suverenliyini qoruduğuna əsaslanaraq bu qanun layihəsi önəmlidir".
Baş nazir vurğulayıb ki, Qərbin tənqidlərinə baxmayaraq qanunun qəbulundan imtina etməyəcəklər: “QHT-lər kilsəyə hücum edir və onun nüfuzuna xələl gətirməyə çalışır, kobud şəkildə LGBT ilə təbliğatı ilə məşğul olurlar. Qərəzli bəyanatlar bizim qərarımıza yenidən baxılması üçün əsas ola bilməz. Ona görə də mən bir daha təklif edirəm ki, qanun layihəsinin hər kəsə açıq müzakirəsi aparılsın, Gürcüstan cəmiyyətinin qanun layihəsi haqqında dolğun məlumat alması vacibdir. Görürsünüz ki, gürcü siyasətçiləri Gürcüstan parlamentində müzakirədən necə yayındılar, deməyə söz tapmadılar. Təbii ki, qanunla bağlı prosesi sona çatdırmalıyıq, bu, ləyaqət məsələsidir. Biz cəmiyyətin mənafeyini, dövlətin suverenliyini qorumalıyıq və ən əsası heç kimin cəmiyyətimizi çaşdırmasına imkan verməməliyik. Xatırlayırsınız ki, keçən il biz fərqli qərar vermişdik, amma bu il prosesi başa çatdırmaq lazımdır. Gürcüstanın ukraynalaşmasına imkan verməməliyik. 2020-2022-ci illərdə gördüyümüz hadisələr təkrarlanmamalıdır. Nəhayət, bu qanun həm dövlətin suverenliyini, həm də donorları sığortalayacaq. Maliyyələşdirmə qeyri-şəffaf olduqda, QHT-lər öz fəaliyyətlərini yanlış istiqamətləndirməyə çox meyllidirlər. Biz başa düşürük ki, donorlar öz maliyyələri ilə bağlı şəffaf olmağı sevmirlər, lakin bu, onlar üçün də lazımdır. ”.

Ekspertlər isə hesab edir ki, prezidenti Qərbin adamı olmaqda ittiham edən baş nazir özü də Rusiyanın təsiri altında olduğunu hiss etdirməkdədir. Bunu onun qalmaqala səbəb olmuş qanun layihəsini dəstəkləməsi də sübut edir... Qanun layihəsinin parlamentdəki müzakirələrinə etirazlı aksiyalar isə hər gün davam etməkdədir.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN