Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinə bildirib ki, Ankara öz töhfəsini verməyə hazırdır və Rusiya Federasiyası ilə Ukrayna arasında atəşkəs razılaşması üçün zəmin yarada bilər.
Tezadlar.az xəbər verir ki, bu barədə Türkiyə prezidentinin dəftərxanası liderlərin Astanada keçirilən görüşünün yekunlarına dair məlumat yayıb.
"Prezidentimiz Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının 24-cü zirvə toplantısına getdiyi Qazaxıstanın paytaxtı Astanada Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Görüş zamanı Türkiyə ilə Rusiya arasında ikitərəfli münasibətlər, eləcə də Ukrayna-Rusiya müharibəsində İsrailin Fələstin torpaqlarına hücumları, Suriyadakı gərginliyin aradan qaldırılması üçün axtarışlar və terrorla mübarizə mövzusunda prezident Ərdoğan, Türkiyənin bölgədə və bütün dünyada sülhün bərqərar olması üçün səylərini davam etdirəcəyini söylədi. O bildirib ki, Türkiyə Rusiya və Ukrayna arasında davam edən müharibəyə son qoymaq üçün əvvəlcə atəşkəs, daha sonra isə hər iki tərəfi qane edəcək bir sülh razılaşması ilə zəmin yarada bilər”, - Ərdoğanın ofisi məlumat yayıb.
E.ŞİRİNOV