Astanada daha bir strateji qərara imza atılıb...
Tezadlar,az bildirir ki, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif COP29-da iştirak edəcəklər. Belə ki, Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rəcəb Tayyib Ərdoğan və Şahbaz Şəriflə üçtərəfli görüşdə Türkiyə Prezidentini və Pakistanın Baş nazirini COP29-da iştiraka bir daha dəvət edib. Rəcəb Tayyib Ərdoğan və Məhəmməd Şahbaz Şərif dəvəti məmnunluqla qəbul ediblər.
Bakı bu payız olduqca mötəbər bir beynəlxalq tədbirə ev sahibliyi edəcək.