“İki erməni dövləti yaşadıqca, qəhrəmanlarımız sağdır”

“Məğlubiyyətimiz qələbəyə çevrilməlidir”. 

News.am saytının verdiyi xəbərə görə, bu sözləri Ermənistanın Baş nazir Nikol Paşinyan İrəvandakı Respublika Meydanında müstəqilliyinin 30 illiyinə həsr olunmuş tədbirdəki çıxışında söyləyib.

Paşinyan çıxışına Ermənistanın 30 illik müstəqillik tarixinə ekskurs edib: “Uğur və uğursuzluq, qələbə və məğlubiyyət, göz yaşı və sevinc, ilham və ümidsizlik, heyranlıq və məyusluq, müharibələr, qələbə və məğlubiyyət görəcəyik. İndi sual, necə yaşayacağımız və uşaqların, dul qadınların, ataların gözlərinə necə baxacağımızdır.  Verilmiş qurbanların mənasız sayılmaması üçün nə etməli? Bizim ən böyük vəzifəmiz müstəqil bir dövlətin gələcəyi üçün doğru təlimatları formalaşdırmaqdır”.

Paşinyan çıxışında Azərbaycana qarşı yenə də separatçı ifadələrə yer verib: “Məğlubiyyətimizi qələbəyə çevirməliyik. Qəhrəmanlar Ermənistan və “Artsax” uğrunda öldülər. İki erməni dövləti yaşadıqca, qəhrəmanlarımız sağdır, “Artsax” və Ermənistan respublikaları inkişaf edərkən bu, onların qurbanlarının olmadığını göstərir. Söhbət uşaqlarının, qardaş və bacılarının vətənindən gedir”.

Şakir QURBANOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN